Yuxarı

"Xərçəng xəstəsiyəm" deyib, sevgilisinə qarşı dələduzluq etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Xərçəng xəstəsiyəm" deyib, sevgilisinə qarşı dələduzluq etdi

Bakıda qadına qarşı dələduzluq edilib.

Axar.az Lent.az-a istinadla xəbər verir ki, 39 yaşlı Zabil 2 il əvvəl Günel adlı xanımla tanış olub. Tanışlıqdan sonra o, iki uşağı olan, subay Günelə zənglər edərək, ondan xoşu gəldiyini və sevgili olmaq istədiyini deyib.

Daha sonra yaranan münasibətlər zamanı Zabil qadının Mingəçevirdə yerləşən "ASAN Xidmət" filialında işlədiyini öyrənib və ona elçi göndərəcəyini bildirib. Qadın kişinin sözlərini ciddiyə alaraq, tam inanıb. Belə olduqda, Zabil Günelin pullarını ələ keçirməyə çalışıb və özünün xərçəng xəstəsi olduğu barədə qadını inandırıb. O, Almaniyada əməliyyat olunması adı ilə Güneldən ayrı-ayrı vaxtlarda ümumilikdə 27 min 55 manat pul alıb. Məlumata görə, Günel hətta Zabilə pul verməkdən ötrü bankdan kredit də götürüb.

Bir müddət sonra qadın kişiyə zəng edərək, verdiyi pulu geri istəməyə başlayıb. Lakin Zabil hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınıb. Sonuncu zəng zamanı Zabil əsl kimliyini açıqlayıb. O, evli və övladlarının olduğunu, həmçinin əslində xərçəng xəstəsi olmadığını Günelə deyib. Bunu görən zərərçəkən pullarını bir daha geri istəyib, əks halda polisə şikayət edəcəyini bildirib. Daha sonra isə Günel Z.Mirzəyevi polisə şikayət edib.

Nəticədə, o saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Yasamal Rayon Məhkəməsində hakim Mirsadiq Seyidovun sədrliyi ilə keçirilən prosesdə Z.Mirzəyev 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Tarix
2025.09.01 / 01:05
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla