Yuxarı

Əliyevin Lukaşenko ilə görüşü Kremli qıcıqlandırdı - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin Lukaşenko ilə görüşü Kremli qıcıqlandırdı - Politoloq

Siyasətdə təsadüflər nadir hallarda olur. Müxtəlif sammitlərdə liderlərin toplantıdan əvvəl və ya fasilədə bir-birinə yaxınlaşıb qısa fikir mübadiləsi aparmaları və şəkillər çəkdirmələri adətən əvvəlcədən planlaşdırılır. Çində Şanxay Əməkdaşlıq Təşkilatının toplantısının fasiləsində Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin xanımlarıyla birgə söhbət etmələri də bu qəbildəndir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Azərbaycan Prezidenti İlham Əliyev Çin lideri Si Szinpinlə görüşdə açıq söyləyib ki, Ermənistanla sülh bərqərar olub. Odur ki, İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla müxtəlif toplantılarda ayaqüstü görüşləri adi hal alıb. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın onlara qoşulması isə Türkiyə-Ermənistan dialoqunun genişlənməsindən və yaxın gələcəkdə üçtərəfli formatın təsis oluna biləcəyindən xəbər verir. Rusiyanın informasiya agentlikləri Prezident Vladimir Putinin Çində Nikol Paşinyanla görüşün planlaşdırılmadığına, ancaq iki liderin görüşdüyünə diqqət çəkiblər. Putin təsadüfən Paşinyanla görüşməyib, bu təmas da əvvəlcədən planlaşdırılıb. Kremlin nəzarətindəki medianı Çindəki şəkillər içərisində ən çox qıcıqlandıran İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun mehribancasına söhbəti olub. Kreml mediasının yanlış məntiqinə görə, əgər Belarus Rusiyanın ən yaxın müttəfiqidirsə, bu ölkənin lideri Kremlin münasibətləri gərginləşdirdiyi Azərbaycan lideri ilə görüşməməlidir. Bu amilin özü Kremlin müttəfiqlərinə də yuxarından aşağı baxmasının göstəricisidir”, - deyə politoloq bildirib.

Tarix
2025.08.31 / 20:14
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla