Yuxarı

Dağlarda əməliyyat: silahlı şəxslər saxlanıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı xüsusi əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətin relyefli yüksək dağlıq və meşəlik ərazidə narkotik plantasiyası aşkar olunub.

Çətənə kollarını əkən, əvvəllər də dəfələrlə məhkum edilmiş 62 yaşlı Seyfəddin Həmzətov və 47 yaşlı Zumrat Saxrayev müəyyən olunaraq saxlanılıblar.

Əraziyə baxış keçirilərkən çəkisi 72 kiloqram olan 179 ədəd narkotik tərkibli bitki, eləcə də ov tüfəngi, soyuq silahlar və digər maddi sübutlar aşkarlanıb. Saxlanılanlar çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və qulluq göstərdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2025.09.01 / 09:26
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Slovakiya prezidentini təbrik etdi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Əliyev Maldiv prezidenti ilə görüşdü - Foto

İlham Əliyev Çində Ərdoğanla görüşdü - Video

İlham Əliyev Çində Şahbaz Şəriflə görüşdü

Fransa səfiri Azərbaycanı tərk etdi - Foto

ŞƏT ölkələrinin Dövlət Başçıları Şurasının iclası başladı

Əliyevin Lukaşenko ilə görüşü Kremli qıcıqlandırdı - Politoloq

Kremldən Əliyev-Putin görüşü ilə bağlı açıqlama

Paşinyanla görüşdən sonra Azərbaycan nümayəndələri... - Uşakov

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla