Yuxarı

Bakıda baş verən qəzalar - Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sükan arxasında diqqətsizlik ağır qəzalara səbəb olur.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müraciət ünvanlayıb.

"Müşahidələr göstərir ki, sürücülərin sükan arxasında diqqətsizliyi və məsuliyyətsizliyi ağır yol-nəqliyyat hadisələrinə, özlərinə və digər hərəkət iştirakçılarına, həmçinin yol infrastrukturuna ziyan dəyməsinə səbəb olur. Bu cür qəzalar əsasən sürücülərin zolağı dəyişərkən diqqətsizliyi, sürəti hərəkət intensivliyinə uyğun tənzimləməmələri səbəbindən baş verir. Nəticədə, xüsusilə də nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə sıxlıq yaranır, hərəkət çətinləşir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək bildirir ki, sükan arxasına əyləşən hər bir sürücü yollarda diqqətli olmalı, yol nişanlarının tələblərinə uyğun hərəkət etməli, qarşılaşa biləcəyi hər hansı maneəyə görə qəzanın baş verməməsi üçün sürət həddini və hərəkət zolağını düzgün seçməlidir. Həmçinin texniki problemə görə məcburi dayanma zamanı sürücü nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən kənara çəkməli, qəza işıqlarını yandırmalı və xüsusi nişandan istifadə etməlidir. Unutmayaq ki, yol-nəqliyyat hadisələrinin iştirakçısı olmamaq üçün yollarda diqqətli və məsuliyyətli olmaq, qaydalara riayət etmək lazımdır", - deyə müraciətdə qeyd edilib.

Tarix
2025.09.01 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Çində Paşinyana nə deyib? - Video

İlham Əliyev Paşinyanla görüşdü - Video

Ərdoğanla diqqətimiz Cənubi Qafqaza yönəlib

Hindistan Azərbaycandan qisas almağa çalışır - Əliyev

İlham Əliyev Çində Şahbaz Şəriflə görüşdü

Rusiyada Azərbaycan vətəndaşları üçün məcburi qayda...

Azərbaycan və AİİB birgə bəyannaməni mübadilə etdi

Tehrandan Bakıya qarşı gülünc ittiham: Utanmaq lazımdır...

İlham Əliyev Slovakiya prezidentini təbrik etdi

İlham Əliyev Mirziyayevi təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla