Yuxarı

Yeniyetmə şahmatçıların Laçın və Zəngilan rayonlarına infoturu...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində məcburi köçkün məktəblilərdən bir qrupunun Laçın və Zəngilan rayonlarına infoturunu təşkil edib.

Axar.az xəbər verir ki, infotur Laçın və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilib.

İnfoturda Dövlət Komitəsinin bu ilin may ayında məcburi köçkün məktəblilər arasında keçirdiyi Böyük Qayıdışa həsr olunan “Zəfər” şahmat turnirinin qalibləri iştirak ediblər. İnfoturun iştirakçısı olan məktəblilərə Prezident İlham Əliyevin tapşırığı ilə Laçın şəhərində aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası barədə məlumat verilib.

Məktəblilər Laçın şəhəri və şəhərdə yerləşən Bayraq meydanı, Həkəri çayının sahilində salınan park və Zabux kəndi ilə yaxından tanış olublar. Həmçinin, məktəblilər Zabux kəndində salınan parkda şahmat oynayıblar. Daha sonra Zəngilan rayonunun Ağalı kəndinə səfər edən infotur iştirakçıları, kəndin mərkəzi meydanı və yaşayış evləri ilə tanış olublar. Ağalı kəndinə qayıdan həmyaşıdları ilə söhbətləşiblər.

Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının 3.1.2-ci bəndinin icrası çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi müxtəlif yaradıcı peşə sahiblərindən ibarət qrupların iştirakı ilə Qarabağa və Şərqi Zəngəzura infoturları təşkil edir.

Tarix
2025.09.01 / 12:22
Müəllif
Axar.az
Digər xəbərlər

İran və Ermənistan razılaşır: Naxçıvandan keçəcək

Azərbaycanla əməkdaşlığı yaxşılaşdırmaq üçün... - Overçuk

Azərbaycan XİN Əfqanıstana başsağlığı verdi

Rusiya FTX qondarma Azərbaycan diasporu yaradır

İrəvanda qalmaqal: Sülh müqaviləsində xəritələr...

Ərdoğan Çində Paşinyana nə deyib? - Video

İlham Əliyev Paşinyanla görüşdü - Video

Ərdoğanla diqqətimiz Cənubi Qafqaza yönəlib

Hindistan Azərbaycandan qisas almağa çalışır - Əliyev

İlham Əliyev Çində Şahbaz Şəriflə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla