Yuxarı

Rusiya FTX qondarma Azərbaycan diasporu yaradır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla münasibətlərdə gərginlik artdıqca, Kreml Rusiyadakı azərbaycanlı icmaları təzyiq alətinə çevirir. Belə ki, Yekaterinburqda Vidadi Mustafayev Ural Azərbaycanlılarının Mədəniyyət, Gənclər və İdman Mərkəzinin rəhbəri seçilib. O, faktiki olaraq bir müddət əvvəl həbs edilən rəqibi Şahin Şıxlinskinin yerinə keçib.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bundan sonra Vidadi Mustafayev Yekaterinburqda artıq Azərbaycan diasporunun olmadığını bildirib.

“Biz diaspor anlayışını ləğv etdik, çünki bu anlayış artıq özünü doğrultmayıb. Mən bu vəzifədə gənclərin tərbiyəsi ilə məşğul olmağı planlaşdırıram. Axı onlara heç kim başa salmayıb ki, nə yaxşıdır, nə pis. Biz onlara izah edəcəyik ki, Rusiya qanunlarına uyğun yaşamaq lazımdır. Şahin Şıxlinskinin diaspor rəhbəri kimi fəaliyyəti tamamilə uğursuz olub. Bu fəaliyyət biznesə və ya mədəniyyətə həsr olunmurdu. Şahin Şıxlinski yalnız cibinə işləyirdi", – deyə o, 66.ru saytına müsahibəsində deyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya mətbuatı Şıxlinski ilə Mustafayevin rəqabəti və münaqişəsindən yazmışdı. Məlumata görə, Şahin Şıxlinskinin ailəsinə qarşı hüquq-mühafizə orqanlarını təhrik edən məhz Vidadi Mustafayev olub.

Tarix
2025.09.01 / 13:17
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-Çin əlaqələri son iki ildə... - Prezident

3 ölkə Zəngəzurla bağlı “payalma cəhdlərinə” başladı

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bu qərarlar ləğv edildi

ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verildi - Rəsmi

Putinin ŞƏT-dəki çıxışı: Qonşularına deyir ki...

Kremlə yaxın kanal: Bakıya qarşı “xüsusi əməliyyat...”

İlham Əliyev Çində mühüm tədbirdə çıxış etdi

Bu ölkə Azərbaycanın ŞƏT-ə üzvlüyünü əngəllədi

İran və Ermənistan razılaşır: Naxçıvandan keçəcək

Azərbaycanla əməkdaşlığı yaxşılaşdırmaq üçün... - Overçuk

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla