
Bakıya xain addıma Pakistandan qardaş cavabı
17:09
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1999-cu il təvəllüdlü Jalə Şakir qızı Rzayeva dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Tarix
2025.09.01 / 15:17
|
Müəllif
Axar.az
|