
Suriyanı təhdid edən hər cür təşəbbüsə qarşı çıxacağıq - Ərdoğan
17:16
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonunun Saray qəsəbəsində çoxmənzilli yaşayış binaları inşa etdirəcək.
Axar.az xəbər verir ki, agentlik qəsəbənin 4,5 ha torpaq sahəsində yerləşən 8 və 9 nömrəli 16 mərtəbəli, 10,11 və 12 nömrəli 12 mərtəbəli çoxmənzilli yaşayış binalarının və 13 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi üçün 42 milyon 179 min 408 manat manat vəsait xərcləməyi planlaşdırır.
Müvafiq işlər üzrə tender elan edilib və podratçı axtarılır.
Qeyd edək ki, namizədlər təkliflərini təqdim etmək üçün 6326 manat iştirak haqqı ödəməlidirlər.
Təkliflərin son təqdimolunma tarixi isə oktyabrın 16-dır. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.
Tarix
2025.09.01 / 14:57
|
Müəllif
Axar.az
|