Yuxarı

Suriyanı təhdid edən hər cür təşəbbüsə qarşı çıxacağıq!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyanı təhdid edən hər cür təşəbbüsə qarşı çıxacağıq!

Suriyada davamlı regional sülh və sabitlik baxımından tarixi fürsətlər yaradan yeni bir dövrün qapıları açılıb. Suriyanın ərazi bütövlüyü və siyasi birliyi qorunmaqla yenidən dirçəlməsinə verəcəyimiz dəstək bütün bölgəmizin xeyrinə olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən görüş zamanı deyib.

“Qonşumuz Suriyanın təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edən hər cür təşəbbüsə qarşı çıxmaqda davam edəcəyik.

Cənubi Qafqazda və Orta Asiyada davamlı sülh, sabitlik və rifahın təmin olunması üçün son dövrdə atılan addımlar məmnunluq doğurur.

Bu addımların humanitar, iqtisadi və ticarət əlaqələrinin inkişafına, nəqliyyat və kommunikasiya xətlərinin açılmasına töhfə verəcəyinə ümid edirik. Orta Asiyadakı qardaş ölkələrlə ikitərəfli və çoxtərəfli platformalarda yaxın əməkdaşlığımız hər keçən gün daha da inkişaf edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində atdığımız addımlar təkcə qardaş ölkələrimiz üçün deyil, həm də geniş bölgəmizin sabitliyinə töhfə verir”, - Ərdoğan bildirib.

Tarix
2025.09.01 / 17:16
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla