Yuxarı

"Azercell" qadınlara növbəti dəstək proqramına start verir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mobil operator sosial layihə təkliflərini qəbul edir

"Azercell" “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutaraq, qadınların ictimai fəallığını artırmaq və sosial rifahını gücləndirmək məqsədilə növbəti sosial layihə müsabiqəsini elan edir.

Müsabiqəyə təqdim olunacaq layihələr qadınlarla bağlı aşağıdakı istiqamətlərdən birini əhatə etməlidir:

- bilik və bacarıqların inkişafı;

- sahibkarlıq və biznes sahəsində praktiki biliklərin öyrədilməsi;

- texnologiya və innovasiya sahəsində yeni bacarıqların formalaşdırılması;

- hüquq və maliyyə savadlılığının artırılması;

- sağlam həyat tərzinin təşviqi.

Seçim zamanı rəqəmsal inkişafı, inklüzivliyi və texnoloji həllər vasitəsilə həyat keyfiyyətinin yüksəldilməsini dəstəkləyən layihələrə üstünlük veriləcək. Layihələrin geniş auditoriyaya təsiri və davamlı icra imkanları da əsas meyarlar sırasında yer alacaq.

Qiymətləndirmənin şəffaflığını və obyektivliyini təmin etmək üçün təkliflər ölkədə bu sahə üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Qalib layihələrin hər birinə 7.000 AZN-dək maliyə dəstəyi ayrılacaq. Yekun məbləğ münsiflərin qərarına əsasən müəyyən ediləcək.

Müsabiqədə yalnız qeyri-hökumət və qeyri-kommersiya təşkilatları iştirak edə bilər.

Layihə təklifləri 1-30 sentyabr 2025 tarixləri arasında Azərbaycan dilində aşağıdakı link vasitəsilə göndərilməlidir: https://forms.office.com/r/e3WYWvzXau

Müraciətə layihənin detallı büdcəsi əlavə edilməlidir.

"Azercell" bütün iştirakçılara uğurlar arzulayır!

Tarix
2025.09.01 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

İran və Ermənistan razılaşır: Naxçıvandan keçəcək

Azərbaycanla əməkdaşlığı yaxşılaşdırmaq üçün... - Overçuk

Azərbaycan XİN Əfqanıstana başsağlığı verdi

Rusiya FTX qondarma Azərbaycan diasporu yaradır

İrəvanda qalmaqal: Sülh müqaviləsində xəritələr...

Ərdoğan Çində Paşinyana nə deyib? - Video

İlham Əliyev Paşinyanla görüşdü - Video

Ərdoğanla diqqətimiz Cənubi Qafqaza yönəlib

Hindistan Azərbaycandan qisas almağa çalışır - Əliyev

İlham Əliyev Çində Şahbaz Şəriflə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla