Yuxarı

Gerasimov Putini belə aldadır: Ağır itkilər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gerasimov Putini belə aldadır: Ağır itkilər...

Kreml Ukrayna üzərində “qaçılmaz qələbə” illüziyası yaratmaq və Qərb tərəfdaşlarının mövqeyinə təsir etmək üçün hərbi nailiyyətlərin miqyasını sistematik şəkildə şişirdir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

İnstitutun analitikləri hesab edir ki, Rusiya hərbi komandanlığı koordinasiyalı şəkildə hücumun sürəti ilə bağlı yalan məlumatlar yayır:

“Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov bəyan edib ki, 2025-ci ilin martından Rusiya ordusu Ukraynanın 3500 km² ərazisini və 149 yaşayış məntəqəsini ələ keçirib. Amma Müharibənin Öyrənilməsi İnstitutunun hesabatına görə, bu müddət ərzində Rusiya Ukraynanın təxminən 2,346 km² ərazisini və ya 130 yaşayış məntəqəsini işğal edib.

Oxşar bəyanatları Rusiyanın müdafiə naziri Andrey Belousov verir və o, qoşunların aylıq 600-700 km² irəlilədiyini iddia edir. Əslində, 2025-ci ildə bu rəqəm 440-500 km²-dən çox deyil”.

İnstitut həmçinin bildirir ki, Kreml özünün ağır itkilərini gizlədir:

“Təkcə 2024-cü ildə azı 93 min, 2025-ci ilin əvvəlindən isə 56 mindən çox Rusiya hərbçisi həlak olub. Kvadrosikl və motosikletlərdən istifadə edən mobil qruplara baxmayaraq, Rusiya ordusunun irəliləyişi sürünən xarakter daşıyır və strateji davamlılıqdan məhrumdur. Moskva Qərbi Ukraynanın qələbəyə qadir olmadığına inandırmağa və dəstəyin azalmasına nail olmağa çalışır. Lakin bu, yanlış və təhlükəli illüziyadır”.

Tarix
2025.08.31 / 10:53
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla