Yuxarı

Əliyev Rusiyadan rəsmi etiraf tələb etdi - Xarici KİV

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev Rusiyadan rəsmi etiraf tələb etdi - Xarici KİV

Rumıniyanın və Bolqarıstanın nüfuzlu media orqanlarının yaydığı məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilin dekabrında baş vermiş təyyarə qəzası ilə bağlı Rusiya Federasiyasından rəsmi etiraf tələb edib. Qeyd olunur ki, Prezident bu barədə Şuşa şəhərində keçirilən III Qlobal Media Forumunda çıxışı zamanı danışıb.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, Rumıniya media orqanları o cümlədən, AGEPRES milli xəbər agentliyi, “Evenimentul Zilei” və “Mediafax”, həmçinin Bolqarıstanın BTA xəbər agentliyi, “24 chasa” və digər nəşrlər bildirirlər ki, dövlət başçısı Rusiyanın Azərbaycanın sərnişin təyyarəsini vurduğunu rəsmi şəkildə qəbul etməsini vacib hesab edir.

Rumıniya və Bolqarıstan mətbuatı bu hadisəni geniş şəkildə işıqlandırmaqla yanaşı, Prezident İlham Əliyevin çıxışını regionda təhlükəsizlik və beynəlxalq hüquq baxımından vacib çağırış kimi qiymətləndirir.

Tarix
2025.07.21 / 09:29
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla