Yuxarı

Forumun Xankəndidə keçirilməsi... – Vəliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Forumun Xankəndidə keçirilməsi... – Vəliyev

Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi sürətlə dirçəlir. Ermənistanın vandalizm əməllərinin, törətdiyi geniş miqyaslı dağıntıların nəticələri aradan qaldırılır. Hazırda azad Qarabağda möhtəşəm quruculuq işləri həyata keçirilir. Artıq Qarabağ da mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, artıq Qarabağın incisi olan Şuşa şəhərində keçirilən beynəlxalq tədbirlərin sayı-hesabı yoxdur:

“Belə tədbirlərdən biri də ənənə halını almış Şuşa Qlobal Media Forumudur. Ötən iki ildə bu forumlar Şuşa şəhərində keçirilib. Amma 3-cü Qlobal Şuşa Media Forumu Xankəndi şəhərində keçirilməsi ilə əlamətdar oldu. Məlumdur ki, 3-4 iyul tarixlərində Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammiti keçirilmişdi. Bunun ardınca - iyulun 19-da III Şuşa Qlobal Media Forumunun keçirilməsi də Xankəndinin möhtəşəm dirçəlişinin parlaq ifadəsidir”.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Forumda iştirak edərək iştirakçıların çoxsaylı suallarını cavablandırıb:

“Forumun mövzusu isə qlobal miqyasda çox aktual olan məsələyə həsr olunub. "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumunda dövlətimizin başçısı regional, o cümlədən qlobal miqyasda baş verən proseslərə toxunub, ölkəmizin enerji siyasətinin perspektivləri və digər məsələlərlə bağlı fikirlərini ifadə edib. Cənubi Qafqazda sülh imkanlarından danışan Dövlətimizin başçısı Əbu-Dabi görüşünü müsbət dəyərləndirib. Bununla belə, erməni tərəfinə Azərbaycanın şərtlərini xatırladıb. Zəngəzur dəhlizinə gəlincə, cənab Prezident bir daha Azərbaycanın prinsipial mövqeyini xatırladıb. Bu da ondan ibarətdir ki, Naxçıvanla maneəsiz və təhlükəsiz gediş-gəliş təmin olunmalıdır.

Dövlətimizin başçısı azad edilmiş ərazilərdə bərpa işləri, böyük qayıdış, 150 illik yubileyini qeyd edən milli mətbuatımızın qarşısında duran vəzifələr və s. haqqında da fikirlərini bildirib.

"III Şuşa Qlobal Media Forumu bütövlükdə qloballaşan, süni intellektin geniş tətbiq olunduğu dünyada baş verən proseslərə bir baxış oldu. Forumda 52 ölkədən 140 qonağın, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrinin iştirakı tədbirin əhəmiyyətinin və foruma beynəlxalq medianın marağının göstəricisidir".

Tarix
2025.07.20 / 16:17
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Stiven Dauti ilə görüşdü

Ermənilərin məhkəməsi: Onlar bəraət almaq istəyir...

Minsk qrupunu buna görə bağladıq - Valtonen

Bayramov Vyanada mühüm iclasda iştirak edir

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Hikmət Hacıyev və Qriqoryan Dohada görüşəcək

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!

Burdayam, hazırlıq gedir... - Gültəkin Hacıbəyli

Güneydən 183 yazarın Bakıya etirazı - O, təmsilçimiz ola bilməz!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla