Yuxarı

Məşhur festivalın keçiriləcəyi ərazidə güclü yanğın - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur festivalın keçiriləcəyi ərazidə güclü yanğın - Video

Belçikanın Boom şəhərində iyulun 18-də başlaması nəzərdə tutulan məşhur “Tomorrowland” festivalının ərazisində güclü yanğın baş verib.

Kult.az xəbər verir ki, yanğın nəticəsində əsas səhnənin 3/4 hissəsi yanıb.

Yanğınsöndürənlər alovun ətrafdakı çadırlara və bitki örtüyünə yayılmasının qarşısının alınması üçün fasiləsiz tədbirlər görürlər. Polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. Yanğına səhnədə sınaqlar zamanı atılan fişənglərin qığılcımlarının səbəb ola biləcəyi ehtimal edilir.

Qeyd edək ki, “Tomorrowland” elektron musiqi festivalı hər il iyulun son iki həftəsonu keçirilir. Ötən il festivala 400 min tamaşaçı qatılmışdı.

Tarix
2025.07.17 / 00:55
Müəllif
Kult.az
Digər xəbərlər

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla