Yuxarı

Miqrenə səbəb olan 8 zəhərli qida...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Miqrenə səbəb olan 8 zəhərli qida...

Miqren sadə baş ağrısı deyil – zonklayıcı ağrı, ürəkbulanma, səs və işığa həssaslıqla müşayiət olunan nevroloji pozuntudur.

Axar.az E-saglam.az-a istinadən xəbər verir ki, genetik meyl, hormonal dəyişikliklər və həyat tərzindən əlavə, bəzi qidalar da miqren hücumlarına səbəb ola bilər.

Mütəxəssislərə görə, tiramin, nitrat, histamin, MSG və süni dadlandırıcılar kimi maddələr beyindəki damar quruluşuna təsir edərək miqreni tətikləyə bilər. Bu səbəbdən bəzi qidalardan uzaq durmaq və ya onların miqdarını azaltmaq faydalı ola bilər.

Miqreni tətikləmə ehtimalı yüksək olan 8 qida:

Fermentasiya olunmuş məhsullar – Parmesan, duzlu kələm kimi qidalar tiraminlə zəngindir. Təzə pendirlərə üstünlük verin.

Emal olunmuş ətlər – Kolbasa, sosis və s. Təbii proteinlərə keçid tövsiyə olunur.

Alkoqol – Xüsusilə qırmızı şərab. Histamin və tiramin miqdarına görə ehtiyatlı olun.

Kofein – Az miqdarda faydalı ola bilər, lakin həddindən artıq və ya qəfil kəsmək baş ağrılarını artıra bilər.

Şokolad – Tiramin və kofein tərkibli olduğu üçün bəzi insanlarda miqren yarada bilər.

MSG – Dad artırıcı kimi istifadə olunur. Sinir sisteminə təsir edə bilər.

Süni dadlandırıcılar – Aspartam kimi maddələr nevroloji reaksiya verə bilər.

Sitrus və soyuq qidalar – Aura ilə əlaqəli miqreni tetikleyə bilər.

Nə etməli?

Qida gündəliyi aparın, şübhəli məhsulları izləyin və miqreni artıran qidalardan uzaq durun. Təbii alternativlərə və balanslı qidalanmaya üstünlük verin.

Tarix
2025.07.21 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Türkmənistana getdi

Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla