Yuxarı

Bakıya növbəti qadağa: Rusiya bu qədərmi axmaqdır?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya növbəti qadağa: Rusiya bu qədərmi axmaqdır?

Rusiyanın Azərbaycana qarşı siyasəti, “təzyiq üsulları” davam edir: gah Azərbaycandan idxal edilən pomidorun içindən ziyanverici virus “ehtimalı” çıxır, gah badımcandan, gah ispanaqdan...

17,3 milyon kv.km ilə dünyanın ən böyük ölkəsi, nüvə dövləti, Putinin təbirincə desək, “sərhədi heç yerdə bitməyən” Rusiyanın özündən ərazi baxımından 200 dəfə kiçik olan Azərbaycanla mübahisəsinə baxın! Açıq-aydındır: bu ölkə mahiyyətcə pomidordur, badımcandır, kartofdur; bu ölkə dünyanı heyrətə salan sərvəti və var-dövləti ilə ətrafındakı dövlətlər üçün günəş ola, hər kəsi peykinə çevirə, maqnit kimi hamını özünə cəlb edə bilər. Amma bacarmır – rus zeyhiyyəti, rus düşüncəsi, rus mədəniyyəti imkan vermir.

Çünki bu ölkə böyük, tarixin qatlarına dayanan mədəniyyətə, ədəbiyyata, tarixə sahib deyil: 19-cu əsrdən o tərəfə bir böyük yazıçısını tapa bilməzsiniz, nəinki yazılı, heç yazısız – şifahi abidəsi də mövcud deyil; Rus yazılı mənbəsi kimi təqdim edilən “İqor polku dastanı”nın da ruslara aidiyyəti yoxdur, bu abidə başdan-başa türk sözləri ilə yazılmış türk abidəsidir!

Bunları anladıq: badımcan-pomidorla, öz vətəndaşı olan azərbaycanlılara qarşı addımları ilə Bakıya gücünü göstərən Rusiyanın mahiyyətini bir daha gördük. Ancaq Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının Novosibirskin “Qlobus” teatrında 28 və 29 sentyabra nəzərdə tutulan tamaşalarının niyə ləğv edildiyini anlamaq olmur.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı – dövlətin maliyyəsi, Bakının göbəyində verilən əzəmətli binası ilə fəaliyyət göstərən rus dili və mədəniyyəti mərkəzidir. Bu teatrı bəsləyən Azərbaycan dövləti və büdcəsidir, burda çalışanların isə hamısı rus dilinin təkcə daşıyıcıları deyil, həm də təbliğatçılarıdır, qoruyucularıdır. Bu kollektivin Rusiyada göstərməyə hazırlaşdığı tamaşa niyə ləğv olunsun ki? Əksinə, onlara qucaq açmaq indiki məqamda daha ağıllı siyasət olmazmı?

Bu ki adi bir məntiqdir!

Yəni Rusiya bu qədər mazaxistdir ki, özünə ziyan vurmağın ən “unikal” formalarını tapır? Hanı bunun “dərin dövləti”? Bu beyin-ağılla bu böyüklükdə və çoxmillətli ərazini nə qədər saxlayacaqlarını düşünürlər?

Tarix
2025.07.15 / 14:55
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Bərdənin raket atəşinə tutulmasından 5 il ötür

Daur İsmayılov Marneulinin meri seçildi

Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif

Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Foto

Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi

İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...

Əliyev-Makron görüşü: Fransa bundan imtina etdi!

Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür

İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı - Foto

Rusiyadan təklif: Bunu Azərbaycandan alaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla