Yuxarı

COP29 iştirakçılarına akkreditasiya kartları verilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
COP29 iştirakçılarına akkreditasiya kartları verilir

28 oktyabr tarixindən etibarən Bakıda keçiriləcək COP29-da iştirak edəcək nümayəndələrin və digər qonaqların akkreditasiya kartlarının verilməsinə başlanılıb.

Axar.az xəbər verir ki, tədbir günlərində konfransda iştirakı təsdiqləyən sənədin təqdim olunması zamanı növbələrin və gözləmə vaxtının minimuma endirilməsi, eləcə də iştirakçıların rahatlığının təmin edilməsi məqsədilə akkreditasiya kartları hər gün səhər saat 09:00-dan axşam saat 18:00-a qədər konfrans məkanının əsas girişindəki qeydiyyat masalarından təhvil alına bilər.

İştirakçılardan COP29 konfransına qeydiyyatdan keçdiklərini təsdiqləyən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) rəsmi elektron məktubunun çap edilmiş nüsxəsini və qeydiyyat zamanı təqdim edilmiş fotoşəkilli şəxsiyyət sənədinin – pasportun və ya şəxsiyyət vəsiqəsinin əslini təqdim etmələri tələb olunur.

Təhlükəsizlik məqsədilə akkreditasiya kartı yalnız konfrans iştirakçısı tərəfindən şəxsən, qeydiyyat masasından təhvil alınmalıdır.

Tarix
2024.10.30 / 15:14
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla