Yuxarı

Türk jurnalistləri çağıran Nikolun hiyləgər planı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Nikol Paşinyanın “Sülh qovşağı” ideyasının reallaşması Azərbaycanla sülh sazişinin imzalanmasından və Zəngəzur dəhlizinin işə düşməsindən asılıdır. Bu iki məsələnin həllində isə irəliləyiş yoxdur. Buna baxmayaraq, İrəvan “Sülh qovşağı” ideyasının reklamını gücləndirməyə çalışır.

Axar.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, yaxın günlərdə bu layihənin geniş mənada tanıdılması üçün İrəvanın konfrans keçirmək istəyi başqa məqsədlərdən xəbər verir:

“Ermənistan Nazirlər Kabineti Aparatının rəhbəri Araik Arutyunyanın sözlərinə görə, “Sülh qovşağı” təşəbbüsünün Türkiyədə geniş şəkildə işıqlandırılması məqsədilə qonşu ölkənin media nümayəndələri İrəvana dəvət olunacaq. Bundan sonra iranlı ekspertlər gələcək. Növbəti mərhələdə isə maraqlı ölkələrin ekspertlərinin “Sülh qovşağı” təşəbbüsünü müzakirəsini təşkil etmək məqsədilə İrəvanda konfrans keçiriləcək. Görünür, İrəvan həmin konfransa Türkiyə, İran, Rusiya, Çin, Hindistan və Mərkəzi Asiya ölkələrinin ekspertlərini dəvət etməyə çalışacaq. Böyük ehtimalla erməni rəsmilər və ekspertlər həmin konfransda “Sülh qovşağı” təşəbbüsü adı altında Ermənistanın “Orta dəhliz” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində iştirakı mövzusunu qabardacaqlar”.

Politoloq türk jurnalistlərin Ermənistanda keçirilən tədbirə dəvət olunmasının səbəblərini bu cür izah edib:

“Türkiyə media nümayəndələrinin və ekspertlərinin İrəvana dəvət edilərək “Sülh qovşağı” mövzusu ətrafında müzakirələrə cəlb edilməsinin bir neçə məqsədi var. İrəvanın birinci məqsədi Türkiyə mediası vasitəsilə “Sülh qovşağı” təşəbbüsünə qonşu ölkədə marağın artmasını təmin etməkdir. İrəvanın ikinci məqsədi Türkiyə ilə münasibətlərin normallaşması prosesini Azərbaycanla münasibətlərin normallaşma prosesindən ayrı tutmağa çalışmaqdır. Bunu erməni rəsmilər açıqlamalarında gizlətmirlər. Onlar hesab edirlər ki, Türkiyə ilə sərhədin açılmasını və diplomatik münasibətlərin qurulmasını Azərbaycanla sülh sazişi imzalamadan da təmin etmək olar. Ankara İrəvanla təmaslarını artırmasına baxmayaraq, ilkin şərtindən imtina etməyib. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan son açıqlamasında bir daha vurğulayıb ki, Ankara Ermənistanla məsələlərin həll yolunda Bakı ilə koordinasiyalı fəaliyyət göstərir”.

Tarix
2024.10.30 / 13:47
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycan sərhədinə gələn fransız, görün, kim imiş - Foto

Tiflis Parisin Bakı ilə bağlı planını məhv etdi

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Ərdoğandan qərar: Azərbaycan bu siyahıdan çıxarıldı - Təcili

İsrail prezidenti Bakıya gəlir

Bakıya getmək üçün “şərtlər...” - Arutyunyan

Hansı şərtdən danışılır? Mirzoyan gəlirsə gəlsin, gəlmirsə...

İsrail nəşrindən çağırış: Baxın Azərbaycana…

Bezosun VP-dəki məqaləsinə Hacıyevdən reaksiya

Paşinyan razılaşdı: Mirzoyan Bakıya gəlib bunları istəyəcək

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla