Yuxarı

Bakının sərt etirazına Tehrandan cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının sərt etirazına Tehrandan cavab

Rəsmi Tehran İranın Bakıdakı müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilməsi və rəsmi etiraz notası verilməsi barədə məlumatı təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

“Azərbaycan Xarici İşlər Nazirliyinin etirazı şəhərlərimizin birində keçirilən mərasimdə düşünülməmiş və yersiz bəyanatlarla bağlı olub. Bu cür bəyanatların İran hökumətinin rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur”, - İran xarici işlər nazirinin köməkçisi və nazirliyin Avrasiya şöbəsinin rəhbəri Müctəba Dəmirçilu bildirib.

Qeyd edək ki, İranın Bakıdakı müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan XİN-ə çağırılıb və 29 dekabr 2024-cü il tarixində Ərdəbildə İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amulinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının "Xəbər Şəbəkəsi" kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.

Ölkəmizə qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub.

Tarix
2025.01.02 / 21:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla