Yuxarı

Parisdə azərbaycanlı dramatorqun məzarı təhqir olundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Parisdə azərbaycanlı dramatorqun məzarı təhqir olundu

Fransanın paytaxtı Parisin Perlaşen qəbiristanlığında dəfn olunan güneyli yazıçı, dramatorq və siyasi fəal Qulamhüsen Səidinin məzarı təhqir olunub.

Kult.az xəbər verir ki, bu barədə sosial mediada videolar paylanıb.

Videolarda özlərini “səltənətçi” adlandıran bir qrupun yazıçının məzarına qarşı ədəbsiz hərəkətlər edib, onu murdarladıqları görünür.

Bu, Güney azərbaycanlı fəalların geniş etirazlarına səbəb olub, bununla bağlı sosial mediada etiraz paylaşımları edilib.

Bundan sonra “səltənətçi”lərə yaxın bir sıra media qurumları bunun onlara aid olmadığını, hadisəni Tehrana bağlı şəxslərin törətdiyini idia ediblər.

“Tehrana bağlı şəxslər belə hərəkətlərlə müxalifət arasında dağınıqlıq, qarşıdurma və gərginliyi artırmağa, müxalifəti zəiflətməyə çalşışır”, - onlar bildiriblər.

Qeyd edək ki, Qulamhüseyn Səidi 15 yanvar 1936-cı ildə Təbrizdə anadan olub, siyasi fəaliyyətlərinə görə hər iki rejim dövründə təqib və təzyiqlərə məruz qalıb.

O, İranda baş verən inqilabdan sonra hakimiyyətin mollalar tərəfindən mənimsənilməsinə etiraz etdiyi üçün həbs edilib, həbsdən buraxıldıqdan sonra ölkəni tərk edib və 23 noyabr 1985-ci ildə Parisdə dünyasını dəyişib.

Tarix
2024.12.27 / 15:34
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla