Yuxarı

İran yenə həddini aşdı - Videosüjet

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran yenə həddini aşdı - Videosüjet

Xarici siyasətdə, o cümlədən qonşu dövlətlərlə əlaqələrdə ciddi problemlər yaşayan İran İslam Respublikası rəsmi bəyanatlara rəğmən, yeni ilə Azərbaycanla münasibətlərdə növbəti gərginliklə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə "Azad İran" Yutub kanalında yayımlanan süjetdə qeyd olunub.

Bildirilib ki, 2025-ci ilin ilk günü, yanvarın 1-də İran səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb, dekabrın 29-da Ərdəbil əyalətində keçirilmiş tədbirdə Azərbaycanın və onun Prezidentinin ünvanına səsləndirilən təhqiramiz ifadələrə görə Tehran tərəfinə kəskin etiraz bildirilib, bu kimi təxribatlara son qoyulması tələb olunub.

"Rəsmi Bakının atdığı bu addım danılmaz hüquqi əsaslara malikdir, bu da İran hakimiyyətinə sözügedən tədbiri və orada səslənən iddiaları başqa cür qələmə vermək, yaxud malalamaq şansı qoymur.

Belə ki, birincisi, Ərdəbilin Əzəm məscidində keçirilmiş "Müqavimət Cəbhəsi şəhidlərinin və Çaldıran şəhidlərinin anım mərasimi" qabaqcadan elan edilmiş rəsmi tədbir olub. İkincisi, tədbirin keçirilməsinə xeyir-dua verən, onda iştirak və çıxış edən Ayətullah Seyid Həsən Amuli rəsmi şəxsdir, yəni İranın ali rəhbəri Ayətullah Əli Xameneinin Ərdəbil əyalətindəki səlahiyyətli nümayəndəsi və Ərdəbil şəhərinin imam-cüməsidir. Bundan başqa, tədbirin əsas təşkilatçısı olan "Ənsar əl-Mehdi Heyəti" SEPAH-ın nəzarəti altında fəaliyyət göstərən rəsmi qurumdur. Həmçinin tədbirdəki çıxışında Azərbaycan və Türkiyə prezidentlərinin ünvanına təhqiramiz ifadələr işlədən şəxs təsadüfi adam deyil, "Ənsar əl-Mehdi Heyəti"nin Ərdəbil bölməsinin rəhbəridir. Özü də tədbir İran Dövlət Teleradio Təşkilatının "Xəbər Şəbəkəsi" adlanan kanalı ilə canlı yayımlanıb, bu da həmin tədbirə ən yüksək səviyyədə dəstək verildiyi anlamına gəlir", - deyə müəllif vurğulayıb.

Ətraflı videoda:

Tarix
2025.01.02 / 16:54
Müəllif
Axar.az
Digər xəbərlər

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla