Yuxarı

Nadir hadisə: Saturn adi gözlə görünəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nadir hadisə: Saturn adi gözlə görünəcək

Oktyabrın 4-dən 5-nə keçən gecə Yer Günəşlə Saturn arasında yerləşəcək. Bu astronomik hadisə zamanı Saturn Yerə ən yaxın məsafədə olacaq və gecə səmasında daha parlaq görünəcək.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Saturnun qarşıdurması (oppozisiyası) Bakı vaxtı ilə 5 oktyabr, saat 04:00-da baş verəcək. Bu zaman Yer Günəşlə Saturnun arasından keçəcək və Saturn səmanın Günəşə əks tərəfində yerləşəcək.

Hadisə nəticəsində Saturn Günəş batarkən şərqdə görünəcək, gecə yarısı səmada ən yüksək nöqtəsinə çatacaq və səhər Günəş doğarkən qərbdə olacaq. Beləliklə, halqalı planet bütün gecə müşahidə edilə biləcək.

Saturn qarşıdurma zamanı Yerə təxminən 1.26 milyard kilometr məsafədə olacaq. Planet 0.3 ulduz ölçüsü ilə 2026-cı ilin ən parlaq vəziyyətinə çatacaq və adi gözlə də seçiləcək.

Astronomların bildirdiyinə görə, Saturnu gün batdıqdan sonra şərq səmasında axtarmaq mümkündür. Planet hazırda ən parlaq ulduzlardan belə daha parlaq görünür. Kiçik teleskop vasitəsilə isə onun halqalarını müşahidə etmək mümkündür.

Saturnun qarşıdurması hər il təxminən iki həftə gec baş verir. 2024-cü ildə bu hadisə sentyabrın 8-də, 2025-ci ildə sentyabrın 21-də baş verib. Növbəti qarşıdurma isə 2027-ci il oktyabrın 18-də olacaq.

Tarix
2026.10.04 / 21:33
Müəllif
Axar.az
Digər xəbərlər

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla