Yuxarı

AQTA əməkdaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
AQTA əməkdaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Masallıda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarını yoxlamaya buraxmayan sahibkar cərimələnib.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, rayon sakinlərindən biri AQTA-nın qaynar xəttinə zəng edərək, Masallı rayonu, M.Talışxanov küçəsində yerləşən "Göyərçin" kafesinin antisanitar vəziyyətdə fəaliyyət göstərməsini və mənşəyi məlum olmayan məhsullardan yemək bişirildiyini bildirib.

Müraciətlə əlaqədar AQTA əməkdaşları həmin obyektə qanuni şəkildə yoxlamaya gediblər. Lakin obyektin sahibi A.Həşimov onlara mane olaraq, yoxlama yerinə buraxmayıb.

Nəticədə onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

Həşimov bildirib ki, müraciət edən şəxs əvvəllər də dəfələrlə onun kafesi ilə bağlı şikayətlər etdiyi üçün həmin gün əsəbi olub. O, etdiyi əməlin səhv olmasını bildiyini və AQTA əməkdaşlarına yoxlama üçün imkan yaradacağını deyib.

Məhkəmənin qərarı ilə A.Həşimov 3 000 manat məbləğində, inzibati qaydada cərimələnib.

Tarix
2026.10.04 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla