Yuxarı

Əliyevin bəyanatı dünyada rezonans yaratdı: Nələr üzə çıxdı...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin 25 dekabrda AZAL-a məxsus təyyarənin Qroznı səmasında vurulması və bu səbəbdən Aktauda qəzaya uğraması ilə bağlı verdiyi bugünkü açıqlama dünya mediasında sözün əsl mənasında rezonans – bəlkə də 9 ballıq zəlzələ - yaradıb: "Röyters", CNN, NDTV, “Ekonomik Tayms”, “Business Tudey”, ABC Nyus, “Avronyus”, "Bild", "Şpigel", "Velt" da daxil olmaqla, dünyanın ən nüfuzlu media qurumları İlham Əliyevin bəyanatlarını tirajlayıb.

Məsələnin mahiyyəti aydındır: İlham Əliyev Rusiyanın faktı ört-basdır etmək cəhdlərini, “quşla toqquşma”, salonda “balon partlaması” kimi arqumentlərini “cəfəngiyyat”, “açıq-aydın faktı inkar etmək və gözdən pərdə asmaq cəhdləri”ni ağılsızlıq, vicdansızlıq adlandırdı;

İlham Əliyev Rusiyaya konkret 3 şərtin olduğunu və bunun artıq Kremlə çatdırıldığını bildirdi: “Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir”.

Rusiyanın bəzi şəhərlərinə uçuşların dayandırılması üçün şəxsən göstəriş verdiyini dedi və s.

Bir sözlə, Prezident heç bir detalı, heç bir nüansı yaddan çıxartmadan, bu qəza ilə bağlı tam və hərtərəfli danışdı.

Eyni zamanda, nitqində Rusiya haqda kifayət qədər sərt söz və ifadələr seçmişdi.

Bəlkə də budur dünya mediasını silkələyən? Bəlkə İlham Əliyevin Rusiyanın ünvanına bu cür sərt çıxışını gözləmirdilər, hesablamırdılar, düşünmürdülər?

İlham Əliyev eyni səs tonu, ifadə, üslub və iradə ilə Fransa, ABŞ və s. nəhəng ölkələr haqqında da danışıb-danışır və Prezidentin bu cür çıxışlarına görə bəziləri “Dünyanın ən böyük gücü” və ya “Dünyanın 5 nüvə gücündən və BMT TŞ-nin 5 üzvündən biri” barədə bu qədər sərt çıxış etməyi məqbul saymadıqlarını da dilə gətirib; hətta elələri tapılıb ki, Azərbaycan liderinin ABŞ və yaxud Fransanı tənqid etməsinin arxasında hansısa “gizli məna”, “rus amili” axtarmağa və Qərbin ideoloji təbliğat ruporunun vintciyi olmağa da çalışıb.

Bu çıxışla İlham Əliyev təkcə Qroznı səmasında vurulan və enişinə icazə verilməməklə ölümə tərk edilən təyyarənin ekipajı və sərnişinləri haqda həqiqəti demədi, həm də özü haqda Böyük Həqiqətin anlaşılmasına vəsilə oldu, bütün dünyaya hansı siyasəti izlədiyini bir daha və bir daha göstərdi:

- İlham Əliyev səmimi siyasətçidir – heç bir ölkə və liderlə qeyri-səmimi və hiyləgər münasibət qurub, arxada ona qarşı iş çevirmir;

- İlham Əliyev ikiüzlü mövqe tutub, heç bir ölkə ilə heç bir ölkəyə qarşı plan qurmur;

- İlham Əliyev dürüst, ləyaqətli, vicdanlı, ədalətli siyasət aparır;

- İlham Əliyev dünyanın ən müstəqil liderlərindən biri və birincisidir: ona görə birincisidir ki, hələ bilmək olmaz “müstəqil” adlandırılan nəhəng ölkənin lideri Azərbaycan kimi ölkəyə rəhbərlik etsə, nə qədər müstəqil olacaqdı;

- İlham Əliyev heç bir halda dosta arxa çevirməz, “qazan-qazandır” siyasətini aparar – dosta da, qonşuya da xeyir verməyə çalışar;

- İlham Əliyev son dərəcə iradəlidir və onun iradəsinə nə dünyanın ən güclü ölkəsi, nə də ən qüdrətli “ikinci dövləti” təsir etmək imkanında deyil!

Bir daha bütün dünya gördü ki:

- Xalqın, dövlətin, millətin maraqları, xalqın milli qürur, ləyaqət və şərəf məsələsi olanda İlham Əliyev heç bir halda, heç bir məqamda, heç bir güc qarşısında qətiyyən, bir addım, bir santim, bir milli də geri çəkilmir: düşündüyünü, həqiqəti, haqqı, ədaləti ən sərt formada, ən amansız şəkildə, ən təsiredici sözlərlə birbaşa deyir!

- İlham Əliyev atılan bütün addımların, bütün gedişlərin arxasında şəxsən özünün dayandığını elan etməkdən belə çəkinmir. Halbuki, məsələn, Rusiyanın bəzi şəhərlərinə reyslərin ləğv edilməsini Mülki Aviasiyanın işi adlandıra bilərdi.

Amma elə deyil – İlham Əliyev heç nəyi gizlətmir: millətinin adı, vətəndaşının maraqları, dövlətin şərəfi ortadadırsa, heç nə - nə dostluq, nə qonşuluq, nə dünya gücü... - onun qarşısını ala bilməz!

İndi yəqin ki, dünyanın bir çox güc mərkəzi, o cümlədən İlham Əliyevin bugünkü çıxışını manşetlərə daşıyıb, heyrətlənə-heyrətlənə oxucularına təqdim edən beynəlxalq media qurumları İlham Əliyev şəxsiyyəti və miqyası haqda növbəti dəfə düşünməyə məcburdurlar.

- O, yalnız öz xalqını, dövlətini, millətini qoruyur və bütün fitri-qabiliyyəti buna istiqamətlənib, dövlətin bütün resurslarını bu strategiyaya ayırıb;

- Azərbaycan ona görə regional dövlətə çevrilib;

- Azərbaycan ona görə dişbatmazdır!

- İlham Əliyevin ona görə reytinqi 99%-in üstündədir!

Tarix
2024.12.29 / 22:12
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Rəsmi Bakıdan Kuba ilə bağlı paylaşım

Bu vergi ödəyicilərinə elektron kabinetlə bağlı güzəşt

Azərbaycan XİN bu ölkəni təbrik etdi

İranda Bakı və Ankaraya qarşı “şeytanla ittifaq” təklif edildi

İlin ilk günündə Bakıdan Tehrana etiraz – Nə baş verir?

Spivakdan Əliyevlə bağlı sensasion sözlər - Video

Saakaşvili türmədən açıqlama verdi: Əliyev elə bir şey etdi ki...

İranın diplomatı XİN-ə çağırıldı - Sərt etiraz!

Fransa və Almaniyadan Gürcüstana qarşı sərt qərar

MDB sədrliyi Rusiyadan bu ölkəyə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla