Yuxarı

Təyyarəmizə atəş əmrini verən rus komandirin adı bəlli oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qroznı yaxınlığında AZAL-ın mülki təyyarəsi Rusiya ordusuna məxsus "Pantsir" hava hücumundan müdafiə sistemi tərəfindən iki raketlə vurulub.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, məlumatı "ВЧК ОГПУ" Teleqram kanalı yayıb. Hadisə ilə bağlı yayılan yeni detallar Rusiyanın hərbi koordinasiyasındakı ciddi problemləri üzə çıxarır.

Hadisə zamanı "Pantsir" sistemindən iki raket atılıb. Komandirin sözlərinə görə, ilk raket 08:13:30-da, ikinci raket isə 08:13:40-da buraxılıb. Raketlər 08:13:50 və 08:14:30-da partlayıb. Sonuncu partlayış mülki təyyarəyə dəyib. Raketlərin atılması əmrini isə Rostovdan Borisov adlı rus komandir verib.

Elektron müdafiə sistemi hər şeyi "kor" etdi

Hadisənin əsas səbəblərindən biri güclü elektron müdafiə sisteminin təsiri olub. Bu sistem mülki və hərbi texnikanın rabitəsini tamamilə pozaraq koordinasiyanı çətinləşdirir. Hətta "Pantsir" ekipajlarından biri təyyarənin mülki olduğunu görüb və atəş açmaqdan çəkinib. Lakin digər ekipaj elektron rabitə olmadan əmrə əsasən raketləri buraxıb.

Hərbiçiyə "Mülki təyyarəni drondan fərqləndirməyə çalışdınızmı?" sualı verilib. O isə yalnız əmr aldıqdan sonra atəş açdığını və təyyarənin lokatorda mülki obyekt kimi görünmədiyini bildirib.

Təyyarəyə yox, drona atəş açıldığı iddiası

Rusiya hərbi rəhbərliyi məsuliyyətdən yayınmaq üçün daha "əlverişli" bir versiyanı önə sürür. Onların iddiasına görə, raketlər drona atılıb, lakin onu vura bilməyib və AZAL təyyarəsinin yaxınlığında partlayıb. Buna baxmayaraq, hadisə yerində pilotsuz uçuş aparatına aid hər hansı qalıq tapılmayıb.

İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin də bu versiyanı dəstəkləyir və guya vurulmuş pilotsuz təyyarənin hissələrinin tapılmasını tələb edir. Lakin üç gündür davam edən axtarışlar heç bir nəticə verməyib.

Dispetçer və şahidlər nə deyir?

İstintaqın gedişatında müəyyən edilib ki, hava hücumundan müdafiə sistemlərinin komandirlərinə mülki təyyarələrin uçuş cədvəli təqdim edilməyib. Raketləri buraxan komandir hədəfi duman səbəbindən vizual olaraq təsdiqləyə bilmədiyini və stasionar telefonla Rostova iki dəfə zəng etdiyini bildirib.

Bu arada, digər "Pantsir" sisteminin komandiri mülki təyyarəni vizual olaraq müşahidə edib və atəş açmayıb. Bu fakt dispetçer məntəqəsindəki səs yazılarının dinlənilməsindən sonra ortaya çıxıb. Lakin həmin komandir elektron müdafiə sistemi səbəbindən digər ekipajla əlaqə saxlaya bilmədiyini bildirib.

Elektron müdafiə sistemini kim işə salıb?

Hadisənin ən diqqətçəkən detalı elektron müdafiə sisteminin təyyarə və hava hücumundan müdafiə sistemlərini "kor və kar" vəziyyətə salmasıdır. Hələlik bu sistemi kimin işə saldığı və əsas məqsədinin nə olduğu aydın deyil.

Baş verənlər bir daha göstərir ki, Rusiya ordusundakı koordinasiya və intizam çatışmazlığı mülki obyektlər üçün ciddi təhlükələr yaradır. İstintaqın nəticələri yaxın günlərdə daha çox aydınlıq gətirə bilər.

Tarix
2025.01.02 / 00:46
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyada 2025-də nələr olacaq? – Real ssenari

“Made in China 2025” işə düşdü - Qərb narahatdır

AZAL təyyarəsini vuran "Pantsir" ekipajı dindirildi

AZAL təyyarəsinin qara qutularının təhlilinə başlanıldı

AB də Suriyaya tələsdi, şərt qoydu: Türkiyənin planı nədir?

Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki... – Video

Bakı İrandan sonra Rusiyaya xəbərdarlıq etməlidir – Səbəb

Berbok və Barronun Suriyaya “biz də varıq” səfəri…

Sərhəddə toqquşma: Pekin niyə narahatdır?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Polşa

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla