Yuxarı

Bakı-Balakən qatarı ilə gedənlərin nəzərinə: Qiymətlər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 3-dən bərpa edilən Bakı-Balakən-Bakı reysi üzrə ilk qatarın doluluq səviyyəsi 90%-dən çox olub.

Axar.az xəbə verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC (ADY) məlumat yayıb.

Bu, həmin istiqamətdə sərnişindaşımaya yüksək tələbatın olduğunu göstərir.

Hərəkət cədvəlinə əsasən, yataq tipli qatarlar hər gün Bakıdan saat 23:50-də yola düşəcək və Balakənə səhər saat 08:10-çatacaq. Balakəndan saat 22:10-da yola düşən qatar isə səhər saat 06:50-də Bakı Dəmiryol Vağzalında olacaq.

Sərnişinlərə "Standard, "Standard+" və "Business" sinifləri üzrə səyahət imkanları təklif olunur.

Bakıdan Yevlax stansiyasına minimum qiymətlər "Standard" sinif üzrə 13,1 manat, "Standard+" sinif üzrə 17,6 manat, "Business" sinif üzrə 54,6 manat, Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymətlər "Standard" sinif üzrə 14,8 manat, "Standard+" sinif üzrə 23,9 manat, "Business" sinif üzrə 63,3 manat, Bakıdan Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymətlər isə "Standard" sinif üzrə 16,4 manat, "Standard+" sinif üzrə 23,9 manat, "Business" sinif üzrə 67,7 manatdır. Bakı–Balakən–Bakı istiqaməti üzrə qiymətlər "Standard" sinif üzrə 18 manat, "Standard+" üzrə 27 manat, "Business" sinif üzrə 72 manatdan başlayır.

Sərnişinlər həmçinin səfər zamanı qatarda pulsuz “Wi-Fi” xidmətindən yararlana bilərlər. Bu, sərnişinlərə internet əlaqəsi, yazışmalar, onlayn axtarış və digər kommunikasiya xidmətlərini təqdim edir.

Tarix
2025.01.04 / 16:23
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəyə qarşı “təzyiq aləti” - Paşinyan imkan vermədi

Alimdən xəbərdarlıq: Nəsiminin gorunu açmaq...

Rusiya səfirliyimizə raket atdı

Nikol 9 noyabr bəyanatının qüvvədən düşdüyünü açıqladı

Bu kəndlər Azərbaycana məxsusdur - Paşinyan

Azərbaycanla sülhün olması o demək deyil ki... - Paşinyan

Prezident Maqdalena Qrononu qəbul etdi - Foto

Rzayev etimadnaməsini Maduroya təqdim etdi

İlham Əliyev Qələbə Paradında iştirak edəcək

Bakını və bizi dəvət ediblər, üzv ola bilərik - Mirzoyan

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla