Yuxarı

Sərhəddə toqquşma: Pekin niyə narahatdır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin sonunda Əfqanıstan və Pakistan sərhəd qüvvələri arasında silahlı qarşıdurmada hər iki tərəfdən itkilər qeydə alınıb. Pakistan bu toqquşmalarda 19 hərbçisini itirib. Əfqanıstanın Xost və Paktiya vilayətlərinin Pakistanla sərhədində iki ölkə sərhəd qüvvələri arasında toqquşmalar bir neçə gün davam edib. Əfqan qüvvələr Pakistan qüvvələrinə məxsus nəzarət məntəqələrini yandırıblar. Bundan başqa əfqan qüvvələrin Pakistan qüvvələrinə məxsus iki nəzarət məntəqəsini ələ keçirdiyinə dair xəbərlər yayılıb.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Pakistan rəhbərliyi ilə Əfqanıstanda hakimiyyətdə olan Taliban bir-birini ittiham ediblər:

“Kabil iddia edir ki, Pakistan hərbçiləri Talibanın bazalarına zərbələr endirib və bu zaman 49 mülki insan həlak olub. Pakistan və Əfqanıstan hərbçiləri arasında sərhəddə toqquşmalar az qala hər il qeydə alınır. 2023-cü ilin fevral ayında Əfqanıstan-Pakistan sərhədində yerləşən “Torxam” sərhəd keçid məntəqəsi yaxınlığında da silahlı toqquşmalar bir neçə gün davam etmişdi. Pakistan baş verən insidentə görə Əfqanıstanı ittiham edib. Kabildən yayımlanan açıqlamada isə Pakistana hücumlarına qarşı cavab zərbəsi endirildiyi bildirilib. Öz növbəsində Pakistan Əfqanıstan tərəfdə gizlənən terrorçulara zərbə endirildiyini açıqlayıb”.

Politoloq vurğulayıb ki, Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Pakistanla münasibətlərdə gərginlik yaşayır:

“Halbuki, Talibanın yaranışında Pakistanın dəstəyi olub. Ancaq Əfqanıstan ərazisindəki “Pakistan Talibanı” (Təhriki Pakistan) adlanan terrorçu qrup Pakistanın sərhəd məntəqələrinə hücumlar təşkil edir. Bu zaman Pakistan Əfqanıstan ərazisindəki həmin qüvvələrin yerləşmə yerlərinə zərbələr endirir. Bu zaman hər iki tərəfdən itkilər olur.

Problem ondadır ki, Taliban Əfqanıstanda hakimiyyətdə olsa da, ölkə ərazisindəki müxtəlif silahlı qrupların tamamına nəzarət etmir. Əfqanıstan ərazisində müxtəlif silahlı qruplar mövcuddur ki, onlar Talibana tabe deyillər və həmin qruplar qonşu ölkələr üçün təhlükə mənbəyidir. Pakistan-Əfqanıstan gərginliyi ən çox Pekini narahat edir. Çünki Çinin həm Pakistana, həm də Əfqanıstana yatırımları mövcuddur. Buna görə də iki ölkə arasındakı gərginlik Pekini ciddi narahat edir”.

Tarix
2025.01.03 / 17:10
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət xidməti bu MMC-ni cəzalandırdı

İlham Əliyev hər il çalışır ki, o gözlər... - Rüstəmxanlı

Belçikanın Bakıya qarşı qətnaməsi İrəvanın əleyhinədir

ABŞ esminesi İran ordusunun əmrini yerinə yetirdi

Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşdü - Video

Dövlət xadimləri adından növbəti saxta açıqlamalar

Bu nazirlikdə mühüm təyinatlar oldu

Niderland Azərbaycana yeni səfir təyin etdi

Razılıq var, Zəngəzur bu cür açılır, ABŞ ordu göndərir

Bayramov İsrail səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla