Yuxarı

Rusiyada 2025-də nələr olacaq? – Real ssenari

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci ildə müharibə bitsə, atəşkəs imzalansa, Rusiyada maraqlı proseslər olacaq. Təbii ki, istənilən nəticəni Putin və komandası “qələbə” kimi təqdim edəcək. Əgər müharibə indiki cəbhə xətti üzrə dayansa, Kreml deyəcək ki, Azov daxili dənizimiz oldu, “lxr” - Luqansk vilayətini tam ələ keçirdik, “dxr” - Donesk vilayətinin 70%-i, “zxr” - Zaparojye vilayətinin 65%-i, “xxr” - Xerson vilayətinin 70%-i “işğaldan azad etdik”. Ola bilər ki, Rusiya əhalisi bunu “uddu”, qələbə kimi qəbul etdi – Kremlin güclü “beyinyuma” maşını var, işləyir. Amma əsas problemlər “atəşkəsdən” sonra başlayacaq.

Axar.az xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, bu gün Rusiya 800 minə yaxın əsgərə ayda 200 min rubl civarında maaş ödəyir (zabit heyəti xaric), onlar məhz pula görə “könüllü” orduya yazılıblar:

“Xatırladım ki, 2022-ci ildə, müharibə başlayanda Rusiya üzrə median maaş 40 min rubl idi, Moskva və digər 5 böyük şəhərlərə görə median maaş yüksək görünürdü, onları çıxsaq, regionlarda median maaş 18.500 rubl idi. Bu gün “könüllü” kimi maaşa görə vuruşmağa gedənlərin çoxu regionlardandır. Müharibə bitsə, yüzminlərlə ayda 200 min rubldan çox maaş alanlar evlərinə dönəcək. Müharibənin onlarda yaratdığı psixoloji travmalarla yanaşı, yenidən 10 qat aşağı maaşlı işlərə dönməli olacaqlar – bu, cəmiyyətdə böyük problemlər yaradacaq.

Bundan başqa, Rusiya iqtisadiyyatı “hərbi relslərə” keçib, dövlətdən trilyonlarla rubl vəsait ayrılıb, Hərbi Sənaye Kompleksində (HSK) 4 mln. yeni iş yeri yaradılıb (birbaşa və dolayı). Onlarda da maaş yüksəkdir, ortalama 105 min rubl əmək haqqı alırlar. Müharibə dayanandan sonra bu qədər tank-top, hərbi sursat lazım olmayacaq, xeyli işçini ixtisara salacaqlar, çünki Rusiyanın HSK-i, obrazlı desək, top istehsalından ütü istehsalına keçə bilmir, bacarmır. Yəni, yüzminlərlə insan o sahədə də işsiz qalacaq – cəmiyyətdə növbəti gərginlik ocağı yaranacaq.

Trampın yeni neft-qaz strategiyası yaxın 6-8 ayda neft qiymətlərini 60 dollardan aşağı çəkəcək, Rusiyaya qarşı təməl sanksiyalar qalacaq, amma bəzi yumşalmalar ola bilər. Bu yumşalmalar Rusiyanın əsas gəlir mənbəyi olan neft-qaz qiymətlərinin enməsini kompensasiya etməyəcək. Deməli, Rusiyada iqtisadi vəziyyətin pisləşməsini müşahidə edəcəyik.

Rusiyada daxili gərginlik artdıqca “günah keçiləri” axtarışı da baş verəcək. Miqrantlar “günah keçisi” adına əsl namizədlərdirlər, son zamanlar Kremlin miqrant siyasətində yeni ağır şərtlər gətirilir, çox güman, sosial-iqtisadi vəziyyət ağırlaşsa, birinci hədəfə onlar gələcək”.

Ekspert bildirib ki, Qərbin “Putin getsə, hər şey düzələcək” gözləntisi çox yanlışdır:

“Putin Qəbrlə ən tez və asan dil tapa biləcək son Rusiya prezidentidir, Rusiyada nə qədər mümkündürsə, bir o qədər “liberaldır”, ondan sonra gələn mütləq hərbçi “saltafon” olacaq, daha sərt rejim quracaq – bunun qarşısını kəsə biləcək strategiya Putinlə anlaşıb Rusiyanı “qucaqlayıb boğmaqdır”.

Tarix
2025.01.04 / 13:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər Laçını yenidən atəşə tutdu

Türkiyə ilə sərhəddə İranın 1000 yük maşını saxlanıldı

Azərbaycana gələn Rusiya vətəndaşlarına mühüm xəbər

Kürdəxanı qəsəbəsində yeni yol qovşağı inşa edilir - Video

İranlı deputatdan spikerə: Vallah, sən diktatorsan!

Pilotlar bilirdilər ki, qəzadan sağ çıxa bilməyəcəklər

Prezident: Qəzadan təqribən 10 gün əvvəl Qroznı yaxınlığında...

“Qara qutu”ları onların açmasına razılıq vermədik - Prezident

Nəticələr mənə məruzə edilib, qəzanın günahkarı onlardır!

İlkin araşdırma dediyim versiyanı bir daha təsdiqləyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla