Yuxarı

Berbok və Barronun Suriyaya “biz də varıq” səfəri…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya və Fransanın xarici işlər nazirləri Annalena Berbok və Jan-Noel Barronun Suriyaya birgə səfəri “burada biz də varıq” mənası daşıyır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Berbok və Barronun Suriyaya birgə səfərini şərh edərkən deyib.

O bildirib ki, HTŞ lideri Əhməd əl-Şara hər iki nazirlə görüşüb:

“Suriya keçid hökumətinin siyasi dəstəklə yanaşı, müxtəlif dövlətlərin maliyyə dəstəyinə də ehtiyacı var, paytaxt Dəməşqin xaricində şəhərlərin az qala tən yarısı dağıntılar altındadır, su, qaz, elektrik, yanacaq yoxdur. Beynəlxalq təşkilatların ümumi rəyinə görə, Suriya infrastrukturunu bərpa etmək üçün ilkin mərhələdə 400 milyard dollara ehtiyacı var. Əlbəttə, Türkiyə Suriyada əsas oyunçuya çevrilib, ancaq Ankaranın qonşu ölkənin infrastrukturunu bərpa etmək üçün o qədər maliyyəsi yoxdur. Ona görə də Suriya keçici hökuməti maliyyə ayıra biləcək istənilən ölkə ilə əməkdaşlığa hazırdır. Təsadüfi deyil ki, Suriya keçici hökumətinin xarici işlər naziri ilk səfərini Səudiyyə Ərəbistanına edib”.

Tarix
2025.01.03 / 21:43
Müəllif
Axar.az
Digər xəbərlər

Təyyarə qəzası: Nəticələr bu tarixdə elan ediləcək

İlham Əliyev pravoslav icmasını təbrik etdi

Qarabağ xanlığının şərq qapısından – Fotolar

AZAL-ın təyyarəsinin yeni görüntüləri: daha bir yalan... - Foto

Petrosyanın bu çıxışı ilə bağlı bəyanat yayıldı

Rusiyada 2025-də nələr olacaq? – Real ssenari

“Made in China 2025” işə düşdü - Qərb narahatdır

AZAL təyyarəsini vuran "Pantsir" ekipajı dindirildi

AZAL təyyarəsinin qara qutularının təhlilinə başlanıldı

AB də Suriyaya tələsdi, şərt qoydu: Türkiyənin planı nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla