Yuxarı

Sarıqamışa böyük yürüş edildi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sarıqamışa böyük yürüş edildi - Foto

Türkiyənin şərqində yerləşən Qars vilayətində Sarıqamış döyüşü qəhrəmanlarının xatirəsinə həsr olunmuş ənənəvi yürüş keçirilib.

Axar.az xəbər verir ki, Türkiyənin müxtəlif bölgələrindən minlərlə insan şiddətli şaxtalara baxmayaraq, 110 il əvvəl baş vermiş tarixi döyüş yerinə toplaşıb.

Yürüş iştirakçıları əllərində Türkiyə bayraqları mənfi 15 dərəcə soyuqda “Sizin ayaq iziniz bu torpaqlarda qalır” şüarı ilə Allahuəkbər dağ silsiləsindən Qızılbuçuk yüksəkliyinə qədər 4,5 km məsafəni qət ediblər.

Aksiyada gənclər və idman naziri Osman Aşkın Bak, milli müdafiə naziri Yaşar Gülər, parlament, siyasi partiyaların nümayəndələri, Qars valisi Ziya Polad, hərbçilər, Türkiyənin müxtəlif bölgələrindən gələn sadə insanlar iştirak ediblər.

Sarıqamış döyüşü iştirakçılarının xatirəsinə dualar oxunub.

Xatırladaq ki, Birinci Dünya müharibəsi dövründə Ənvər Paşanın komandanlığı ilə Osmanlı ordusu Şərqi Anadolunun rus ordusu tərəfindən ələ keçirdiyi əraziləri azad etmək üçün hücuma keçib. Dağ silsiləsini aşmağa cəhd edərkən minlərlə Türkiyə övladı soyuqdan donaraq həlak olub.

Tarix
2025.01.05 / 16:17
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla