Yuxarı

Qarabağ xanlığının şərq qapısından – Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ xanlığının şərq qapısı – Əsgəran qalasını XVIII əsrdə Pənahəli xan öz torpaqlarının şərq sərhədində tikdirib.

Axar.az xəbər verir ki, ən qədim zamanlardan Azərbaycan daim yadellilərin hücumlarına məruz qalıb. Ona görə də ölkəmizin ərazisi müdafiə məqsədilə tikilən istehkam və qalalarla zəngindir. Bunlardan biri də Əsgəran qalasıdır. O, Şuşanın təxminən 24, Xocalının beş kilometrliyində, Ağdam şəhərinin isə 12 kilometr cənubunda, Qarqarçayın sahilində, dağ döşündə yerləşir.

Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqarçay vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədini güdüb. Çay qalanın içindən keçir. Qalanın sağ sahil (şərqi) istehkamı bürclərlə möhkəmləndirilib, ikiqat daş divarlardan ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-biri ilə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilib. Relyefə uyğun olaraq, dəhliz bir bürcün birinci mərtəbəsini digər bürcün ikinci mərtəbəsi ilə birləşdirir. Dağ keçidi ilə müdafiə olunan kənar şərq bürc xüsusi formalı otaqların yaratdığı kompleksdən ibarətdir. Qalanın sol sahil hissəsi (qərb) isə bir müdafiə halqasında birləşən trapesiyaşəkilli istehkamlardan ibarətdir. Burada relyef nəzərə alınmaqla inşa olunmuş qala divarları altı bürclə möhkəmləndirilib. Qarqarçaydan başlayaraq dağa doğru uzanan qala divarları qala həyətini əmələ gətirir.

PhotoStock.az-ın əməkdaşları Əsgəran qalasından fotoreportaj hazırlayıblar:

Tarix
2025.01.04 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Bakını seçəcək, İrəvanın seçimi… - “Stratfor”

Mehriban Əliyeva xristian icmasını belə təbrik etdi

Şahın nəvələri Bakıya bayraq sancıb, qalır Təbriz…

Davkovadan Əliyevə: Buna görə təəssüflənirəm...

Rəsmi Bakıdan Makronun ittihamlarına kəskin cavab

5 il öncə paltar reklamı ilə məşğul idi, indi cərrahdır

Almaniya prezidenti İlham Əliyevə başsağlığı verdi

Moskva və Tehran bunun əvəzini Bakıdan çıxır – Şərh

Macarıstanın prezidenti İlham Əliyevə başsağlığı verdi

YAP ödənişsiz təşviqat hüququndan imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla