Yuxarı

Bakıdan göndərilən yardım TIR-ları Suriyaya çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Suriyaya göndərilmiş 200 ton humanitar yardımla dolu 10 yük avtomobili Türkiyə-Suriya sərhədinə çatıb.

Axar.az xəbər verir ki, Artvin vilayətinin Sarp nəzarət-keçid məntəqəsindən Türkiyəyə gələn avtomobil karvanı daha sonra cənuba - Suriya ilə həmsərhəd Kilis vilayətinə yollanıb. “Çobanbəy” nəzarət-keçid məntəqəsində gömrük prosedurlarından sonra karvan Suriyaya yollanacaq.

Azərbaycandan gələn humanitar yük Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Suriya ərazisindəki anbarlarına boşaldılacaq və AFAD vasitəsilə imkansız ailələrə paylanacaq. Yardımı, ilk növbədə, İdlib vilayətinin sakinləri, eləcə də Türkiyə Silahlı Qüvvələrinin “Fərat qalxanı”, “Sülh çeşməsi” və “Zeytun budağı” əməliyyatları çərçivəsində terrorçulardan təmizlənmiş Suriya ərazilərinin əhalisi alacaq.

Azərbaycandan Suriyaya ərzaq məhsulları ilə yanaşı, uşaq geyimləri və digər zəruri ləvazimatlar da göndərilib.

Tarix
2025.01.05 / 15:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ter-Petrosyan etirafında belə saxtakarlıq edir - Politoloq

Putin 1,2 trilyon pul, 5 milyon əsgər itirməlidir ki… - Kox

Petrosyanın sensasion çıxışı niyə indi yayıldı? – Nikolun qisası

Bu, Azərbaycan xalqına nifrətin izharıdır - Mixaylov

Xəzər dənizində suitilərin kütləvi ölümünün səbəbi nədir?

Bu gün onlar Milad bayramını qeyd edir

Dünyanın ən bahalı şəhərləri: Bakının da adı var...

Tramp Bakını seçəcək, İrəvanın seçimi… - “Stratfor”

Mehriban Əliyeva xristian icmasını belə təbrik etdi

Şahın nəvələri Bakıya bayraq sancıb, qalır Təbriz…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla