Yuxarı

Ter-Petrosyan etirafında belə saxtakarlıq edir - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Levon Ter-Petrosyanın etirafları həqiqətin yalnız cüzi qisminə işıq tutur.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın ilk prezidenti Ter-Petrosyanın 1993-cü ilin 23 iyulunda “Yerkrapa” terrorçuları önündə etdiyi çıxış haqda danışarkən deyib.

Politoloq bildirib ki, Petrosyan o çıxışında belə saxtakarlıqla məşğul olub:

“Ter-Petrosyan bildirir ki, əgər biz azərbaycanlıları Ermənistandan qovmasaydıq, hazırda Ermənistan dövləti olmayacaqdı. Ancaq o etirafında 170 min azərbaycanlının qovulduğunu deyir. Halbuki həmin illərdə Ermənistandan 256 min azərbaycanlı silah gücünə qovulmuşdu. Petrosyan bu çıxışında belə faktları saxtalaşdırır.

Bundan əlavə, o Ağdam ətrafındakı hadisələrə də bəraət qazandırır və bildirir ki, biz Ağdamdakı azərbaycanlıları deport etməklə bir növ Dağlıq Qarabağ ətrafında təhlükəsizlik zonasının yaradılmasına başladıq. Hərçənd ki, həmin zaman deport adı altında kütləvi qırğınlar törədiblər. Ancaq bu faktı da gizlədir”.

Qabil Hüseynli qeyd edib ki, Ter-Petrosyan erməni həqiqətlərini və təcavüz anatomiyasının üstünü açmış kimi görünür, ancaq onun sözləri 1988-93-cü illərə aiddir:

“Halbuki İrəvan xanlığı ərazisindən azərbaycanlıların deportasiyası Türkmənçay sülh müqaviləsindən sonra başlayıb. Elə 20-ci əsrin əvvəllərində böyük qətliamlar və etnik təmizləmələr həyata keçirilib, sovet illərində isə Stalinin imzaladığı qərarla iki böyük deportasiya baş tutub. Bu etnik təmizləmələr zamanı indiki Ermənistan ərazisində yüzlərlə azərbaycanlı kəndi məhv edilib, on minlərlə azərbaycanlı öldürülüb, 1 milyon 500 min azərbaycanlı isə bir qismi Türkiyənin İğdır, Qars vilayətinə, bir qismi İrana, bir qismi isə Azərbaycana köçməyə məcbur olub.

Ermənilərin törətdiyi soyqırım zamanı – 1918-ci ildə yalnız Bakıda 30 mindən çox azərbaycanlı qətlə yetirilib, hələ mən Quba, Şamaxı və digər şəhərlərdəki qırğınları demirəm. Yəni Petrosyanın dediyi əslində ermənilərin onillərdir apardığı irqçi, etnik təmizləmələr, qətliamlar və soyqırımlarla dolu faşist siyasətin yalnız cüzi hissəsidir”.

Qeyd edək ki, bir müddət əvvəl yutuber Albert İsakov Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə Qarabağda qətliamlar törədən və mülki azərbaycanlılara qarşı aqressivliyi ilə fərqlənən “Yerkrapa” terrorçu qruplaşması qarşısında etdiyi çıxışı yayıb. Bu çıxışda Petrosyan azərbaycanlıları silah gücü ilə öz yurd-yuvalarından qovduqlarını açıq etiraf edir.

Tarix
2025.01.07 / 09:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Karasev Bakıya dil uzatdı – Markovdan sərt reaksiya

Makron mənə 6-7 dəfə zəng etdi ki... - Prezident

Blinkenin xahişi havada qaldı, görüşdən imtina etdik

O sakinlər üçün xüsusi yer seçilir, çünki eskalasiya olsa...

Küveytin baş naziri İlham Əliyevə başsağlığı verdi

1 trilyon dollar qeyri-real rəqəm idi… - Əliyev

10 milyon əhali üçün bu, böyük göstəricidir

Makron onlara zəng edib deyirmiş ki... - Prezident

Göstəriş vermişəm, hökumət bu istiqamətdə... – Prezident

İran 120 minlik ordu ilə kimə meydan oxuyur? – Hərbi ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla