Yuxarı

Ərdoğan yenə xatırlatdı: Bir gecə ansızın gələ bilərik!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan yenə xatırlatdı: Bir gecə ansızın gələ bilərik!

Bir gecə ansızın gələ bilərik.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mediaya açıqlamasında deyib.

“Terrordan azad Türkiyə məqsədinə nail olmaq bizim ən mühüm prioritetlərimizdən biridir. Arxasında terror və terrorçu olan siyasət yoxdur. Dünyanın heç bir ölkəsi buna icazə verməz. Separatçı təşkilat üçün dairə daralır.

Biz Suriyanın parçalanmasına və onun unitar strukturunun məhvinə razı deyilik. Əgər bununla bağlı risk görsək, tez bir zamanda lazımi addımları atacağıq. Türkiyə varlığını qorumaq üçün barışmaz iradəyə malik olduğunu dəfələrlə nümayiş etdirdi. Əgər o həddə çatarsa, bir gecə qəfildən (ansızın) yenidən gələ bilərik. Necə ki, o arxlarda kantonizm arxasınca gedənləri qazdıqları xəndəklərlə basdırdıq, bu gün də eyni niyyətdə olanlar ortaya çıxsa, ikiqat bədəlini ödəyəcəklər. Terrorizmi və zorakılığı seçənləri gözləyən yeganə aqibət silahları ilə birlikdə torpağa basdırılmaqdır. Açığı, heç bir güc buna mane ola bilməz”, - Ərdoğan qeyd edib.

Tarix
2025.01.07 / 01:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla