Yuxarı

Almaniyada dəhşətli şaxtalar: Onlarla reys təxirə salındı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Almaniyada havanın temperaturunun kəskin şəkildə aşağı düşməsi nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Yolların buz bağlaması avtomobil qəzalarının baş verməsinə və aeroportlarda bəzi aviareyslərin təxirə salınmasına səbəb olub.

Axar.az xəbər verir ki, Frankfurt hava limanında uçuş-eniş zolaqlarının təmizlənməsi və görmə məsafəsinin zəif olması ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq edilib. Bazar günü üçün planlaşdırılan 1090 aviareysdən 120-si ləğv edilib, bir sıra reyslərdə gecikmələr baş verib.

Münhen aeroportunda bir neçə reys təxirə salınıb. Uçuş-enmə zolaqlarının təmizlənməsi işləri davam etdirilir. Hava şəraiti Ştutqart hava limanının da fəaliyyətinə təsir edib. İndiyədək bu aeroportda yeddi uçuş təxirə salınıb. Temperaturun aşağı düşməsi Berlin Brandenburq aeroportunda 30 uçuşa təsir göstərib. Təkcə şənbə günü 17 aviareys ləğv edilib.

Hava şəraiti ilə əlaqədar ölkənin bir sıra əyalətlərində ciddi qəzalar baş verib. Yolların buz bağlaması nəticəsində cümə günü Türingiya əyalətində 17 qəza olub.

Meteoroloqlar temperaturun bazar ertəsindən etibarən yüksələcəyini proqnozlaşdırırlar.

Tarix
2025.01.05 / 17:29
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı İrəvanda Paşinyanla görüşdü: Sülh müzakirəsi...

Pakistandan Azərbaycanla bağlı tapşırıq

Tehrandan Bakı və İrəvana sülh çağırışı

İmamoğlu İrəvandan Ankaraya “qapı” açacaq? – 34 illik sənəd...

Moskva məhkəməsindən vurulan təyyarəmizlə bağlı qərar

Zəngəzurda bir rus sərhədçisi öldü, digəri yaralandı

Bu təklifimiz Bakı üçün gözlənilməz oldu - Simonyan

“Avronyus”da Qlobal Bakı Forumundan - Reportaj

Azərbaycan XİN Yunanıstanı təbrik etdi

Berdiməhəmmədov da İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla