Yuxarı

İrəvan merinin kürdlərlə bağlı bu sözü qalmaqala səbəb oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan merinin kürdlərlə bağlı bu sözü qalmaqala səbəb oldu

Ermənistan parlamentinin “Hayastan” blokunun deputatı Qeqam Manukyan İrəvan meri Tiqran Avinyanın yanlış bəyanatına görə Ermənistanın kürd icmasından üzr istəyib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, parlamentin növbəti dördgünlük iclasının açılışında o, “Mülki Müqavilə” fraksiyasının Avinyanı “papaqda kürd” – “sadə, dar düşüncəli adam” mənasını verən kobud ifadə işlətdiyinə görə açıq şəkildə qınamasını gözlədiyini söyləyib.

Buna cavab olaraq parlamentin spikeri Alen Simonyan merin bəyanatına haqq qazandırmağa çalışaraq qeyd edib ki, danışıq nitqində hansısa milləti təhqir etmək məqsədi daşımayan ifadələr var.

“Mən əmin deyiləm ki, cənab Avinyan hansısa xalqın nümayəndələrini incitmək istəyib”, - Simonyan bildirib.

O, həmçinin xatırladıb ki, Manukyanın özü də əvvəllər təhqiramiz bəyanatlar verib - xüsusən də sosial şəbəkədəki səhifəsində Mülki Müqavilə partiyasının seçicilərinin ünvanına nalayiq ifadələr yerləşdirib.

Tarix
2025.03.25 / 15:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla