Yuxarı

Vətəndaşın kartından 27 283 manat belə oğurlandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vətəndaşın kartından 27 283 manat belə oğurlandı

Daha bir vətəndaşın bank kartından kiber üsulla 27 283 AZN oğurlanıb.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

"Necə oğurlanıb? +94….. (+994… AZE oxşarlığı) kodlu xarici nömrədən zəng edilib ki, sizə sığorta ödənişi var, onlayn formatı təsdiqləməlisiniz", - E.Hacıyev vurğulayıb.

O qeyd edib ki, seçilən qurbanın onlayn görüntüləri çəkilməklə adına bankdan 21 000 manat kredit çəkilib:

"Əlavə vəsait isə kartında olub. Naməlum şəxs Hacıqabulda olan qurbana nə deyibsə, o bunu yerinə yetirib, bütün sorğuları və kodları təsdiqləyib".

"Bir daha vətəndaşları naməlum zənglərdən, cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq aparılmamalıdır, dərhal bloklanmalıdır. Əks halda aldadıb şəxsi məlumatlarınızı əldə etdikdən sonra pullarınızı talayacaqlar, adınıza kredit götürəcəklər.

Təhlükə var, sən də tələyə düşə bilərsən. Diqqətli ol!" - E.Hacıyev əlavə edib.

Tarix
2025.03.25 / 18:25
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla