Yuxarı

Ayxan Cavadov ardıcıl ikinci dəfə dünya çempionu oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ayxan Cavadov ardıcıl ikinci dəfə dünya çempionu oldu

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

Axar.az xəbər verir ki, dördüncü yarış günündə yunan-Roma güləşi üzrə 60 və 82 kiloqramda, qadın güləşi üzrə isə 50, 53 və 72 kiloqramda qaliblər müəyyənləşib.

Ayxan Cavadov (60 kiloqram) finalda özbəkistanlı Dostonbek Oripovla qarşılaşıb. Həmyerlimizin ilk hissədə icra etdiyi 4 xallıq fənd qarşılaşmanın taleyini həll edib. Rəqibinə 4:1 hesabı ilə qalib gələn Cavadov titulunu qoruyub və ardıcıl 2-ci dəfə U-20 dünya çempionu olub.

Elmin Əliyev (82 kiloqram) bürünc medal uğrunda görüşdə türkiyəli İsmayıl Bərəkətlə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən güləşçimiz sonadək üstünlüyünü qoruyub və 7:1 hesablı qələbə ilə dünya üçüncüsü olub.

Zəhra Kərimzadə (72 kiloqram) isə bürünc medal uğrunda qarşılaşmada rusiyalı Liliana Kazminaya məğlub olub və dünya çempionatını 5-ci pillədə başa vurub.

Beləliklə, Azərbaycanın mundialda qazandığı medalların sayı 5-ə çatıb. Əvvəlki günlərdə Cavidan Nehmətov (77 kiloqram) gümüş, Emin Cavadlı (55 kiloqram) və Tural Əhmədov (63 kiloqram) isə bürünc medal əldə ediblər.

Tarix
2026.08.19 / 22:32
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla