Yuxarı

Məşhur bloger narkotikə görə həbs olunub?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur bloger narkotikə görə həbs olunub?

“By Ella” ləqəbi ilə tanınan bloger Lalə Məmmədova haqqında yayılan həbs xəbərlərinə münasibət bildirib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə o öz sosial şəbəkə hesabında paylaşım edib.

“Haqqımda sosial şəbəkələrdə yayılan “Türkiyədən narkotik gətirərkən tutulub” kimi yazılan xəbərlərin heç bir əsası yoxdur. Bu, açıq şəkildə yalan və böhtandır. Məni tanıyan, illərdir məni izləyən insanlar çox yaxşı bilir ki, mən belə bir şeyə nəinki qarışmaram, heç ağlımdan belə keçirmərəm. Bu günə qədər qazandığımız hər bir manatın, hər bir qəpiyin arxasında halal zəhmətimiz dayanır.

Bir şeyi də çox aydın deyim: əgər ortada belə bir cinayət faktı olsaydı, bunu sosial şəbəkədə yazılan bir-iki cümlə ilə yox, Azərbaycanın hüquq-mühafizə orqanlarının rəsmi məlumatı ilə bilərdiniz. Mənim haqqımda yazılan bu uydurmalar isə heç bir rəsmi fakta söykənmir.

Bu xəbərləri yayan və adımı bu şəkildə hallandıran səhifələr barədə artıq lazımi hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara müraciət etmişəm. Ərizələr təqdim olunub və bundan sonrakı məsələ artıq hüquqi müstəvidə həll olunacaq.

Mən heç kimə özümü sübut etmək məcburiyyətində deyiləm. Məni tanıyanlar mənə inanır, güvənir və kimin kim olduğunu çox yaxşı bilir.

Yalan yazmaq asandır. Amma hər yalanın da bir məsuliyyəti var. Bu dəfə həmin məsuliyyəti qanun qarşısında cavablandıracaqlar”, - bloger qeyd edib.

Xatırladaq ki, onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. L.Məmmədovanın sonradan hansı qaydada azadlığa buraxıldığı məlum deyil.

Tarix
2026.08.19 / 22:52
Müəllif
Axar.az
Digər xəbərlər

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla