Yuxarı

Universitetə qəbul: Plan yerləri niyə azdır? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Universitetə qəbul: Plan yerləri niyə azdır? - Video

Ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 19-da başa çatıb.

Axar.az Baku TV-yə istinadən xəbər verir ki, tələbə adını qazanmaq üçün 81 mindən çox abituriyent ərizəsini təsdiqləyib.

Əvvəlki illərdə olduğu kimi, bu il də III ixtisas qrupuna müraciət edənlərin sayı üstünlük təşkil edir.

Abituriyentlər isə plan yerlərinin azlığı səbəbindən ali məktəbə qəbul oluna bilmədiklərini bildirirlər.

Təhsil ekspertlərinin sözlərinə görə, plan yerləri ilə müraciət edən abituriyentlərin sayı tərs mütənasibdir. Onlar hesab edirlər ki, plan yerləri əmək bazarının tələblərinə uyğun müəyyənləşdirilməlidir.

Məsələ ilə bağlı danışan təhsil eksperti İlham Əhmədov bildirib ki, qəbul planında artım az olsa da, abituriyentlərin sayı əhəmiyyətli dərəcədə çoxalıb:

"Müraciət edənlərin sayı təxminən 10 faiz artsa da, plan yerlərinin artımı 1 faizdən azdır. Qəbul planının müəyyənləşdirilməsi və gələcək əmək bazarının proqnozlaşdırılması elmi əsaslarla aparılmır, daha çox kortəbii xarakter daşıyır. Xüsusilə, süni intellekt dövründə bir çox peşələrin sıradan çıxması və kütləvi işsizlik riski gözlənilir. Bu səbəbdən həm ixtisas seçimi zamanı, həm də plan yerləri müəyyənləşdirilərkən bu amillər mütləq nəzərə alınmalıdır".

Tarix
2026.08.20 / 00:25
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla