Yuxarı

Zirəddin bu birliyin üzvü oldu: Qürur duyuram…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zirəddin bu birliyin üzvü oldu: Qürur duyuram…

Kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev Rusiya Jurnalistlər Birliyinə üzv seçilib.

Bu barədə Kult.az-a danışan Zirəddin Rzayev bildirib ki, jurnalistika sahəsində olan fəaliyyəti Azərbaycanda ikinci təhsili alarkən başlayıb.

“Azərbaycanda təhsil aldığım müddətdə “Ədalət və Həqiqət” qəzetində məqalələrim dərc olunub. Rusiyaya köçdükdən sonra isə Ru TV-də, “Radio Daça”da, “Radio Karnaval”da bir neçə proqramın aparıcısı olmuşam.

2017-ci ildə bir neçə nəfərlə birlikdə “Bloggernews.ru” rəsmi xəbər saytını yaratdıq. Həmin saytda direktoram, həmçinin jurnalist kimi fəaliyyət göstərirəm.

Şəxsi bioqrafiyamdan istifadə edərək Rusiya Jurnalistlər Birliyinə müraciət etdim və komissiya üzvləri arasında səsvermə ilə birliyə üzv qəbul edildim. Çox az azərbaycanlı var ki, Rusiya Jurnalistlər Birliyinin üzvüdür. Həmin azərbaycanlılardan biri olduğum üçün qürur duyuram.

Eyni zamanda mən Azərbaycan şairiyəm, ana dilim olan Azərbaycan dilində şeir və qəzəllərin müəllifiyəm.

Bu gün qürurla deyirəm ki, yazdığım şeirlər Azərbaycan televiziyasında qiraətçilər və sənətkarlar tərəfindən səsləndirilir. Bu isə məni ruhlandırır. Buna görə də Azərbaycana və Azərbaycan televiziyalarına təşəkkürümü bildirirəm”, - o qeyd edib.

Tarix
2025.03.22 / 14:46
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla