Yuxarı

AB də Suriyaya tələsdi, şərt qoydu: Türkiyənin planı nədir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz hazırda Türkiyənin başdan bəri necə doğru bir strategiya izlədiyinin şahidi oluruq. Türkiyə əvvəldən yeni hökumətə dəstək verməklə, bunu xalqın səsi, demokratiyanın qələbəsi kimi təqdim eləməyə çalışdı.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Suriyadakı son vəziyyəti şərh edərkən deyib.

O, HTŞ-nin Hələbi ələ keçirərkən Türkiyə ilə yeni hökumət arasında əlaqə qurulduğunu, Dəməşqin ələ keçirilməsiyləsə bu kontaktın daha da gücləndiyini bildirib:

“Yeni hökumətin eskalasiyaya getməməsində, münasibətləri qızışdırmaq istəməməsində, İsrailin təxribat xarakterli addımlarına cavab verməməsində Türkiyənin xüsusi rolu var. Yeni hökumət bu diktə fonunda İsraillə münasibətləri normal saxlamağa çalışdı, İrana qarşı ola biləcəyini bildirdi. Rusiyaya qarşı mövqe alsa da, diplomatik əlaqələri saxladı. Eyni zamanda İranın və Rusiyanın Latakiyada yaratmaq istədiyi ələvi-nüsaqi üsyanının qarşısını aldı. PKK-nın nəzarətində olan bölgədə atışmalar olsa da, açıq şəkildə hücum edib, ABŞ-la konfrontasiyaya getmədi. Bu, yeni hökumətin normallaşmasına və oturmasına səbəb oldu. Bunun nəticəsidir ki, Fransa və Almaniya XİN rəhbərlərinin Dəməşqə səfərlərinin, Colani (Əhməd əş-Şara) ilə görüşlərinin şahidi oluruq”.

O, AB-nin yeni hökumətə qoyduğu şərtə diqqət çəkib:

“AB belə bir şərt qoymuşdu ki, əgər Rusiya bazaları çıxarılarsa, onlar yeni hökumətlə əməkdaşlıq edəcəklər. Yaxın zamanlarda Avropa Birliyi maddi yardımları ayıracaq. Daha sonra ABŞ maddi yardımlar ayırmağa məcbur olacaq.

Eyni zamanda, ABŞ-ın burada İsraili hərəkətlərindən çəkindirməyə, hücumlarını dayandırmağa çalışmasını xüsusi diqqətə almalıyıq. Bu, yeni hökumətin müsbət nailiyyəti kimi qəbul oluna bilər. Artıq demək olar ki, yeni hökumətin bu şəkildə - həm Fransa, həm də Almaniyanın XİN başçıları ilə görüşməsi faktiki olaraq bu hökumətin tanınması deməkdir”.

Politoloq bundan sonra baş verəcək hadisələrə də diqqət çəkib:

“Türkiyə maksimum çalışacaq ki, PKK-nın əldə etdiyi əraziləri Suriya dövlətinin nəzarətinə qaytarsın. Əslində, bununla bağlı gedişlər var. Artıq PKK nəzarət etdiyi ərazilərdə silahlıları milli orduya tabe edib, özlərinin də tabe olacaqlarına dair mesajlar veriblər. Amma onlar daxildə muxtariyyət saxlamağa çalışırlar. Türkiyə də maksimum şəkildə buna qarşı çıxacaq. Eyni zamanda ələvilərin İran və Rusiyanın təhriki ilə hansısa şəkildə təxribat yaratması imkan verməyəcək. Türkiyə uzun illərdir Astana formatında həm Rusiya, həm İranla vəziyyəti normallaşdırmağa çalışdı. Amma bu ölkələr normallaşma istiqamətində addım ata bilmədilər. Yeni Suriya hökuməti ilə Türkiyə bu istəyinə nail olacaq. Daha sonra isə yavaş-yavaş həm PKK-nın nəzarətində olan ərazilər, həm də ələvilərin Latakiyadakı ərazisi ələ keçiriləcək. Beləliklə, Suriya üzərində nəzarət tamamilə bərpa olunacaq. Bu isə Türkiyənin böyük uğuru kimi dəyərləndirilməlidir”.

Tarix
2025.01.04 / 10:00
Müəllif
Aytac Araz
Digər xəbərlər

Rusiya qayıdır, Nikol tələsməlidir: Sülh üçün son addım…

Rəsmi İrəvan Bayramovun bu açıqlamasını təsdiqlədi

Prezident Bakıda mühüm forumda iştirak etdi - Foto

XİN-dən sülh sazişi ilə bağlı bəyanat...

İlham Əliyev Rebeka Qrinspanı qəbul etdi

Nikol: Azərbaycan üzərindən Rusiyaya çıxmaq istəyirik

İlham Əliyev Birola “Dostluq” ordenini təqdim etdi - Foto

Əli Əsədov daha bir qərar imzaladı

İlham Əliyev ÜST-ün baş direktorunu qəbul etdi

Prezident Jelka Tsviyanoviçlə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla