Yuxarı

Romanın iki bölgəsi “qırmızı zona” elan olunacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya paytaxtı Romanın “Termini” dəmir yolu stansiyasının ərazisi və Esquilino rayonu “qırmızı zona” elan olunacaq.

Axar.az xəbər verir ki, bu addım Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində paytaxtı ziyarət edəcək turist və zəvvarların təhlükəsizliyini təmin etmək üçün atılır. “Qırmızı zona” kimi müəyyən edilən ərazilərdə və digər məntəqələrdə təhlükəsizlik qüvvələrinin sayı xeyli artırılacaq.

Daxili İşlər Nazirliyi daha əvvəl analoji addımı Florensiya, Boloniya, Milan və Neapolda atıb. Nazirliyin məlumatına görə, 2023-cü ilin əvvəlindən bu vaxtadək hüquq-mühafizə orqanları, yerli polis və digər qurumların şəxsi heyətindən ibarət ümumilikdə 14,3 min bölmənin iştirakı ilə 198 fövqəladə yüksək riskli əməliyyat keçirilib. Bundan başqa, 158 min 850 subyekt yoxlanılıb ki, onlardan 67 min 656 nəfəri əcnəbidir. Nəticədə 504 nəfər həbs edilib, 1579 nəfərə xəbərdarlıq olunub, 82 əcnəbi ölkədən çıxarılıb, 79 silah ələ keçirilib, 23 min 276 nəqliyyat vasitəsi və 1846 dövlət müəssisəsi yoxlanılıb, 138 qeyri-qanuni işçi müəyyən edilib.

Tarix
2025.01.05 / 17:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ter-Petrosyan etirafında belə saxtakarlıq edir - Politoloq

Putin 1,2 trilyon pul, 5 milyon əsgər itirməlidir ki… - Kox

Petrosyanın sensasion çıxışı niyə indi yayıldı? – Nikolun qisası

Bu, Azərbaycan xalqına nifrətin izharıdır - Mixaylov

Xəzər dənizində suitilərin kütləvi ölümünün səbəbi nədir?

Bu gün onlar Milad bayramını qeyd edir

Dünyanın ən bahalı şəhərləri: Bakının da adı var...

Tramp Bakını seçəcək, İrəvanın seçimi… - “Stratfor”

Mehriban Əliyeva xristian icmasını belə təbrik etdi

Şahın nəvələri Bakıya bayraq sancıb, qalır Təbriz…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla