Yuxarı

AZAL təyyarəsini vuran "Pantsir" ekipajı dindirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qroznıda AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” məxfiləşdirilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu barədə "ВЧК-ОГПУ" Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Komitənin mərkəzi aparatının təcrübəli müstəntiqlərinin Çeçenistan Respublikasına səfərinə baxmayaraq, əslində hərbçilərlə bağlı bütün istintaq hərəkətləri yerli 505 VSO-nun (Rusiya İstintaq Komitəsinin Çeçenistanda yerləşən 505-ci Hərbi İstintaq Şöbəsi) müstəntiqləri tərəfindən həyata keçirilir.

"Təyyarəyə raket zərbələri endirən “Pantsir” döyüş maşınının ekipajı şöbə rəisi tərəfindən dindirilib. Ezam edilmiş müstəntiqlərə gəlincə, onların bəziləri Aktauya gedib, orada onlara qəza yerində işləmək üçün icazə verilib, bəziləri isə Qroznıda işləyir. Onlar dispetçeri və aerodromun uçuş rəhbərini dindiriblər. Hələlik istintaqın dispetçərə və uçuş rəhbərinə sualları yoxdur.

Təyyarə qəzasına təsir göstərə bilən digər halların təhlili də aparılır. Məsələn, GPS texnologiyası geniş yayılmazdan əvvəl təyyarələrin enişi CGS sistemindən (təyyarənin enişə yaxınlaşması üçün radiomayak sistemidir. Bu, aviasiyada kokpit alətlərindən istifadə olunaraq təyyarənin enməsi üçün ən çox yayılmış radionaviqasiya sistemidir) istifadə edilərək həyata keçirilirdi. Bu üsul hələ də geniş yayılıb və bütün dünyada istifadə olunur, lakin nədənsə, Qroznu hava limanında aparılan genişmiqyaslı yenidənqurma zamanı bu sistem sökülüb", - deyə Rusiya mənbəsi vurğulayıb.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Tarix
2025.01.04 / 12:54
Müəllif
Axar.az
Digər xəbərlər

İranlı deputatdan spikerə: Vallah, sən diktatorsan!

Pilotlar bilirdilər ki, qəzadan sağ çıxa bilməyəcəklər

Prezident: Qəzadan təqribən 10 gün əvvəl Qroznı yaxınlığında...

“Qara qutu”ları onların açmasına razılıq vermədik - Prezident

Nəticələr mənə məruzə edilib, qəzanın günahkarı onlardır!

İlkin araşdırma dediyim versiyanı bir daha təsdiqləyir

İran rəsmiləri Türkiyəyə gedir: Zəngəzur dəhlizi...

Ordumuzun mövqeləri atəşə tutuldu

İrəvan bu halda dərhal hücuma keçəcək - Deputat

Petrosyanın sensasion etirafı Bakıya əlavə şans verdi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla