Yuxarı

Narkotiklərin əsas tədarükçülərindən biri saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narkotiklərin əsas tədarükçülərindən biri saxlanıldı - Video

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşları yeni ilin ilk günündə 30 kiloqram narkotik vasitə aşkarlayıb.

DİN-dən Axar.az-a verilən məlumata görə, idarə əməkdaşları tərəfindən bayram günlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.

Abşeron rayonu ərazisində yanvar ayının 1-də keçirilən tədbir nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 43 yaşlı Vaqif Səfərov saxlanılıb. Ondan 30 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb. Bu şəxs narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə əldə edib Abşeron rayonunda ayrı-ayrı ünvanlara yerləşdirərək bu barədə həmin narkotacirə məlumat verməyi planlaşdırıb.

Saxlanılan şəxs ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən biri olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Tarix
2025.01.06 / 13:20
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla