Ana səhifə Toplum |
Ölkənin aparıcı və etibarlı pərakəndə satış şəbəkəsi “Kontakt” 2024-cü ili də uğurla tamamlayaraq liderlik mövqeyini əldən verməyib. Belə ki, şəbəkə “Birbank” taksit kartı üzrə ilin ən çox taksit dövriyyəsi edən partnyoru seçilib. “Kontakt” ardıcıl olaraq artıq 5-ci ildir ki, bu mükafata təkbaşına sahiblik edir.
Şəbəkənin sektordakı liderliyini bir daha təsdiqləyən bu mükafat “Kapital Bank”ın ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimində təqdim edilib.
“Kontakt” hər zaman “Birbank” istifadəçisi olan müştərilərinə xüsusi fürsətlər təqdim etməklə, onlar üçün alış-verişi daha sərfəli və rahat edir. Bu dəfə isə şəbəkənin “İlk addımı at” kampaniyası çərçivəsində, “Birbank” kart sahibləri yanvarın 7-dən “Kontakt” mağazalarından və kontakt.az saytından hər növ məhsulu 50%-dək endirimlə əldə edə bilər, həmçinin ödənişi faizsiz şərtlərə 18 aylıq bərabər hissələrə bölərək rahat alış-veriş edə bilərlər.
Şəbəkənin ünvanları və kampaniya təfərrüatları ilə tanış olmaq üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Tarix
2025.01.06 / 12:45
|
Müəllif
Axar.az
|