Yuxarı

Karasev bir prezidenti təhqir edə bilirsə, Putini də... - Məmmədov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karasev bir prezidenti təhqir edə bilirsə, Putini də... - Məmmədov

Əgər Vladimir Karasev heç bir nəticə ilə üzləşmədən xarici dövlət başçısını təhqir edə bilirsə, onun Rusiya rəhbərliyinə də qarşı belə ünsiyyət tərzindən istifadə edəcəyi günün uzaqda olmadığını ehtimal etmək olar.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov Rusiya Federasiyasının İctimai Palatasının Koordinasiya Şurasının üzvü, politoloq Vladimir Karasevin sözlərinə münasibət bildirərkən deyib.

"Bu, İlham Əliyevin AZAL-a məxsus sərnişin təyyarəsinin Qroznı səmasında qəzaya uğramasında Rusiyanın əli olduğunu bəyan etməsindən sonra baş verib. Əgər Rusiya Federasiyasının İctimai Palatası bu çıxışı öz etik normalarına uyğun hesab edirsə, onun hazırda hansı səviyyədə olduğu aydındır", - A.Məmmədov qeyd edib.

O bildirib ki, təəssüf ki, müasir Rusiyada ictimai şəxslərin və yüksək sosial statuslu insanların kobud və təhqiramiz ritorikadan istifadə etməsi getdikcə geniş yayılır.

Onun sözlərinə görə, əvvəllər Rusiyanın ictimai xadimləri yüksək mədəniyyət və əxlaqi prinsiplər nöqteyi-nəzərindən örnək olub, lakin təəssüf ki, bu gün bu keyfiyyətlər itirilir. AZAL təyyarəsi haqqında isə Vladimir Karasev kimi mədəni dəyərlərdən uzaq olan insan mühakimə yürüdür”, - A.Məmmədov sonda bildirib.

Qeyd edək ki, Rusiya Federasiyasının İctimai Palatasının Koordinasiya Şurasının üzvü, politoloq Vladimir Karasev Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təhqiramiz ifadələr işlədib.

Tarix
2025.01.07 / 21:54
Müəllif
Axar.az
Digər xəbərlər

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib

Bayramov kollegiya iclası keçirdi, tapşırıqlar verildi

Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto

Şeyx Zayed Fondundan Əliyevlə bağlı paylaşım - Video

Kobaxidzedən Bakı və İrəvanla bağlı açıqlama

Bayramov Cəlalzadəni qəbul etdi: İrandakı aksiyalar...

Bakı 11 nəfəri İrəvana təhvil verdi

Koncoryan: Köçəryan bu bölgəni Azərbaycana vermək istəyirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla