Yuxarı

Petrosyanın sensasion etirafı Bakıya əlavə şans verdi!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Petrosyanın sensasion etirafı Bakıya əlavə şans verdi!

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın azərbaycanlıların Qərbi Azərbaycandan qovulması ilə bağlı dedikləri deportasiya faktının onun həyata keçirilməsinə rəhbərlik edən şəxs tərəfindən etiraf edilməsidir. 1993-cü ilin 23 iyulunda "Yerkrapa" terrorçularının qarşısında çıxış edən Petrosyan etiraf edir ki, azərbaycanlıları qovmasaydılar, Ermənistan dövləti olmayacaqdı. Və əlavə edir ki, azərbaycanlılar Basarkeçərdə, Zəngibasarda, Amasiyada, Zəngəzur mahalında böyük üstünlük təşkil edirdi.

"Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim "Yerkrapa" dəstəsi", - o etiraf edir.

Bu etiraf hər şeydən öncə Ermənistanın mövcud hakimiyyətini çətin vəziyyətə qoyur. Rəsmi İrəvan iki məsələdə israrlı mövqe sərgiləyir:

- Sərhədin SSRİ dağılanda mövcud olan xətlər üzrə demarkasiya edilməsi;

- Deportasiya edilmiş azərbaycanlı qaçqınların qayıdışının qarşısını almaq.

Hər iki məsələ Qərbi Azərbaycan coğrafiyası ilə bağlıdır. İrəvan anlayır ki, sərhəd demarkasiya edilmədiyi müddətdə Ermənistanın hazırki əraziləri üzərində legitimlik problem olaraq qalacaq. Üstəlik azərbaycanlıların qayıdış hüququ SSRİ dövründə ermənilərə "bağışlanmış" əraziləri daim aktual olaraq saxlayır. İrəvanda hesab edirlər ki, azərbaycanlılar geri qayıdarsa, bu ərazilərin, xüsusilə Zəngəzur-Göyçə bölgəsinin Azərbaycana birləşdirilməsi, ən azı Ermənistandan ayrılması baş verə bilər. Rəsmi Bakının, eləcə də Qərbi Azərbaycan İcmasının belə bir iddiası yoxdur, hərçənd, ermənilərin qorxuları yaşadıqları ərazilərin onlara məxsus olmadığı reallığını anlamasından qaynaqlanır. Buna görə Paşinyan rəsmi Bakının ən yüksək səviyyədə irəli sürdüyü azərbaycanlıların öz evinə qayıdışı tələbindən müxtəlif bəhanələrlə imtina etməyə çalışır: bunu gah "ərazi iddiası" adlandırır, gah azərbaycanlıların deportasiya edilmədiyini deyir.

Ter-Petrosyanın yayılan etirafı Paşinyan hakimiyyətinin iddialarının Ermənistanda təkzib edilməsi deməkdir və danışıqlarda İrəvanın mövqelərini ciddi şəkildə zəiflədir.

Ter-Petrosyanın etirafı azərbaycanlı qaçqınların Cenevrə Konvensiyasına əsasən qayıdış hüququnun təmin edilməsində rəsmi Bakı tərəfindən əsaslı arqumentlərdən biri kimi istifadə edilə bilər.

Tarix
2025.01.06 / 09:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla