Yuxarı

Çek-ap müayinələr pulsuz ola bilər? - Rəsmi cavab

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çek-ap müayinələr pulsuz ola bilər? - Rəsmi cavab

Vətəndaş yalnız tibbi göstəriş, yəni sağlamlıqla bağlı şikayəti olduğu halda, icbari tibbi sığorta hesabına, yəni ödəniş etmədən tibbi müayinədən keçə bilər.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva deyib.

O qeyd edib ki, tibbi göstəriş yoxdursa, icbari tibbi sığorta hər hansı müayinənin ödənişini qarşılamır:

"Arayışın alınmasında isə tibbi göstəriş yoxdur. Ona görə də profilaktik müayinə sayılır və icbari tibbi sığorta təminatına daxil deyil.

Sağlamlıq haqqında arayış üçün təyin olunan 40.12 manatı ödəyən vətəndaş terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloq müayinəsindən keçir, flüoroqrafiya, qanın və sidiyin ümumi analizini verir. Arayışın qiyməti təyin edilərkən tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, instrumental-laborator müayinələrin həcmi nəzərə alınır".

"Lakin gələcəkdə ola bilsin ki, çek-ap müayinələrini Xidmətlər Zərfinə salaq və ya ilkin səhiyyədə bu müayinələr aparılsın. Bu müayinələrin də nəticəsində artıq sağlamlıq haqqında arayış formalaşacaq. Yəni bunun üzərində işləyirik. Ona görə də hansı çek-ap Xidmətlər Zərfinə salınacaqsa, ondan irəli gələn arayışların da Xidmətlər Zərfinə salınması barədə düşünəcəyik", - deyə o əlavə edib.

Tarix
2024.10.30 / 14:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla