Kremldən Trampın “məhv etdim” iddiasına reaksiya
15:22
Ana səhifə Planet |
Ukraynaya məxsus PUA Stavropol diyarının Svetloqrad şəhərindəki neft bazasının ərazisinə düşüb.
Axar.az xəbər verir ki, bu barədə regionun rəhbəri Vladimir Vladimirov Teleqram kanalında yazıb.
O bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb:
“Bu gecə Svetloqradda neft bazasının ərazisinə pilotsuz təyyarə düşüb. Ölən və yaralananlar olmayıb. Aidiyyəti qurumlar hadisə yerindədir”.
Qeyd edək ki, Svetloqrad Stavropolun Petrovski rayonunda yerləşir. Neft bazası isə şəhərin sənaye zonasında yerləşir.
Tarix
2024.11.01 / 11:36
|
Müəllif
Zeynəb Əkbər
|